Əməkdaşlığa dair memorandum imzaladılar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbiri giriş nitqi ilə açıb. O bildirib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Dr.Vüsal Qasımlı qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var. Azərbaycan prezidentinin sərəncamına əsasən yaradılan Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası Microsoft-un Azure platformasından istifadə edir. Həmçinin, tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün də əməkdaşlığa başlayırlar. Məhz bu səbəbdən imzalanacaq memorandum bu istiqamətdə atılan müsbət addımdır.
Daha sonra Microsoft Azərbaycan şirkətinin baş direktoru Sərxan Həşimov çıxış edərək deyib ki, təmsil etdiyi qurum qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışır. Baş direktor bildib ki, hazırda daha qlobal düşünən gənclərə ehtiyac var. Belə bir əhəmiyyətli bir dövrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına həmçinin yeni dəyərlərin yaradılmasına imkan verəcəkdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, elektron ticarət üzrə ekspert Rəşad Camal, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vüqar Babayev, sahibkarlar Konfederasiyasının şöbə müdiri İsmayıl Ələkbərov,Ali Kutvan və digər iştirakçılar çıxışlar edərək, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ildə strateji layihələr həyata keçirdiyini, “Microsoft Azerbaijan” şirkətinin isə daim innovativ və maraqlı yanaşması ilə seçildiyini vurğulayıblar. Onlar əlavə ediblər ki, bu iki qurumun imzaladağı əməkdaşlıq memorandumu Azərbaycanda İKT sahəsində real layihələrin həyata keçməsinə imkan yaradacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azərbaycan” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Həmçinin sənəddə milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin hazırlanması, inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alır.
Tədbirdə Azexport.az portalının nümayəndələri eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, həmçinin tanınmış mütəxəssislər Azər Nəzərov, Murad Hüseynov, Ayaz Nizamioğlu, Orxan Rzayev iştirak edib.
Sonda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Microsoft Azərbaycanın baş direktoru Sərxan Həşimov əməkdaşlığa dair memorandumu imzaladılar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
10 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
11 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)




.jpg)








