Gömrük büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirib
2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi (DGK) üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Bu ilin 16 noyabr tarixinə faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50,0 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib. Bu barədə Marja-ya DGK-nın Mətbuat Xidmətindən bildirilib.
2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 milyard 341 milyon ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 milyon manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub. Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək.
Təhlildən göründüyü kimi, 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində idxalın həcminin azalması ilə müşahidə olunduğu halda, illik büdcə öhdəliyi 16 noyabr 2017-ci il tarixinə artıqlaması ilə icra olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




.jpg)
