Beynəlxalq Bankdan premium kartlara 50%-dək endirim
Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, kampaniya 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə keçirilir. 14 noyabrdan 30 noyabra qədər davam edəcək kampaniya çərçivəsində VİSA Gold və MasterCard Gold kartlarını bankdan cəmi 10 AZN-ə almaq olar.
Bundan başqa, 14 – 17 noyabr tarixləri arasında VİSA/MC Platinum, AMEX Green kartları müştərilərə 50%, VİSA Gold Prime, VİSA Platinum Prime, VİSA İnfinite, MasterCard World Elite, AMEX Gold, AMEX Platinum kartları isə 40% endirimlə təklif edilir.
Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)







