Qəzvin-Rəşt dəmir yolu gələn ilin martında istifadəyə veriləcək
İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu 2018-ci il martın sonunda istifadəyə veriləcək.
Bu barədə məlumatı İranda ingilis dilində nəşr olunan “Financial Tribune” qəzeti yayıb.
Qəzet İranın Büdcə və Planlaşdırma Təşkilatının rəhbəri Mohəmməd Baker Nəbahətə istinadən yazır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasında əsas rol oynayacaq Qəzvin-Rəşt yolunun tikintisinin davam etdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb.
Xəbərdə qeyd olunur ki, Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə kimi çəkiləcək və Azərbaycan ilə Rusiyanın dəmir yolları sistemlərinə birləşdiriləcək. Bu yolla Hindistandan Finlandiyaya daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə daşınacaq.
Qəzet qeyd edir ki, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti isə dekabrda istismara veriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























