Sənaye sektorunda 46%-ə çatan azalmalar var
2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artmış, neft sektorunda isə 5,9 faiz azalmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 0,9 faiz, içkilərin istehsalı 24,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 68,4 faiz, geyim istehsalı 36,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1 faiz, tikinti materiallarının istehsalı 28,8 faiz, kompüter və elektron məhsulların istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 23,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,1 faiz, mebel istehsalı 14,1 faiz artmış, tütün məmulatlarının istehsalı 6,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9 faiz, kağız və karton istehsalı 1,3 faiz, poliqrafiya məhsullarının istehsalı 28,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,1 faiz, hazır metal məmulatlarının istehsalı 16,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





