“Ting İstehsalçıları Assosiasiyasının” yaradılması nəzərdə tutulur
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının müvafiq bəndlərinin Üzümçülük və Şərabçılıq ET İnstitutunda icrası barədə hesabat açıqlanıb.
İnstitutun direktoru t.e.d Tariyel Pənahov "Marja"ya bildirib ki, Üzümçülük və Şərabçılıq ET İnstitutu və Bağçılıq və Çayçılıq ET institutu ilə birilikdə “Ting İstehsalçıları Assosiasiyasının” yaradılması imkanları araşdırılaraq, belə bir assosaiyanın yaradılması nəzərdə tutulur.
Tingçiliyin tənzimlənməsi ilə bağlı mövcud qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir.
Belə ki, müasir standartlara cavab verən tinglərin istehsalı və tinglərin ixracı məqsədilə sertifakatlaşmanın beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə Üzümçülük və Şərabçılıq ETİ ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birilikdə beynəlxalq təcrübə nəzərə alınaraq, ting üçün müvafiq morfobioloji, biometrik, fitosanitar göstəricilər nəzərə alınmaqla “Üzüm tingi-standart” layihə standart hazırlanmış və müvafiq təşkilatların müsbət (Dövlət Fitosanitar Nəzarəti Xidməti, AMEA Genetik Ehtiyatlar İnstitutu) rəyi alınmışdır.
Elektron məlumat bazasının yaradılması
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum və ting istehsalçıları, istehsal olunmuş və satışa çıxarılan sertifikatlaşdırılmış toxumlar və tinglər, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumatların təmin olunması üçün elektron məlumat bazasının yaradılması imkanları araşdırılacaqdır.
“Mövcud qanunvericiliyə görə ting istehsalçısı Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə bəyannamə ilə müraciət edərək istehsal etdiyi tingin mənşyi, bioloji, fitosanitar və s. xüsusiyyətlərinə müvafiq olaraq “sertifikatla” təmin edilir. Müvafiq sertifikat verildikdən sonra istehsalçı tingi sata bilər. Amma, müasir standartlara cavab verən tinglərin istehsalı və ixracı məqsədilə sertifakatlaşdırmanın beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə işlər həyata keçirilir. Bunu nəzərə alaraq Üzümçülük və Şərabçılıq ETİ ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birilikdə “Üzüm tingi- standart” layihəsi hazırlanmış və müvafiq təşkilatların müsbət rəyi alınmışdır”.
Tariyel Pənahov əlavə edib ki, ölkədə istehsal olunan və idxal olunan tinglər, calaqaltı və calaqüstü materiallar sanitar ekspertizadan keçirilməli, onların yerli şəraitə uyğunlaşması, elmi əsaslarla öyrənilməlidir. Gələcəkdə müxtəlif xəstəlik mənbələri olan əkin materiallarının Respublika ərazisinə daxil olmasının qarşısını almaq və tinglərin sertifikatlaşdırılması məqsədilə institutun laboratoriyalarının gücündən istifadə etmək, o cümlədən alim və mütəxəssislərin bu işə cəlb edilməsi məqsədəuyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























