490-640 milyon valyuta xaricə axa bilər

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının müvafiq bəndlərinin Üzümçülük və Şərabçılıq ET İnstitutunda icrası barədə hesabat açıqlanıb.
İnstitutun direktoru t.e.d Tariyel Pənahov "Marja"ya bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin potensialının gücləndirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək və bundan sonra belə təsərrüfatların fəaliyyətinin gücləndirilməsinə dəstək vermək üçün təkliflər, eləcə də fəaliyyət planı hazırlanacaqdır.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ilə əlaqədar olaraq 2020-ci ilə qədər respublikada üzümlüklərin sahəsinin genişləndirilməsi strateji hədəf kimi götürülmüşdür.
“Qeyd edək ki, proqramın icrası ilə əlaqədər respublikada 50 min ha sahədə yeni üzüm bağlarının salınması nəzərdə tutulur. Bu qədər üzüm bağının (50 min ha) salınmasına əkin sxemindən asılı olaraq (1 ha-ya 2500-3000 ədəd ting tələb olunur) orta hesabla 130-140 milyon ədəd calaq-ting tələb olunur. Azərbaycanın bütün bölgələri (Abşeron bölgəsi istisna olmaqla) filloksera ilə sirayətlənmiş zonalar hesab edilir və bu əzazilərdə öz kökü üstə bitən tinglərdən sənaye xarakterli üzümlüklərin salınması olduqca təhlükəlidir. Respublikada fillokseraya davamlı çalaq-ting istehsal edən müəssisə olmadığından bu qədər ting (140 milyon ədəd) xaricdən alnarsa hər birinin dəyəri 3,5-4,0 AZN olmaqla orta hesabla bu qədər tingə 490-640 milyon AZN vəsait xərclənir, beləliklə bu qədər valyuta xaricə axa bilər.
Beləliklə, xaricdən gətirilən tinglər olduqca baha başa gəlir, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır, yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir edir. Yerli fillokseraya davamlı ting istehsalı xarici tinglərlə müqayisədə xeyi ucuz başa gələcək, fermerlərin və istehsalçıların marağına uyğun olaraq, milli brendlərin istehsalına müsbət təsir edərək üzümçülükdə yerli və introduksiya olunmuş üzüm sortlarının balansı tənzimlənəcək, üzümlüklərin bioloji və fitosanitar təmizliyi qorunub saxlanılacaqdır. O cümlədən Dövlət Proqramına və Strateji Yol Xəritəsinin uğurlu isrası məqsədilə yeni salınacaq üzümlüklərin tingə olan təlabatının ödənilməsi yerli ting istehsalının təşkilinə və gücləndililməsinə stimul yaradır”.
Qeyd edək ki, “Üzümçülük və Şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi, xəstəliklərə və zərərvericilərə davamlı calaqaltı və calaqüstü əkin materialları müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tingçilik təsərrüfatlarında istehsal olunmalıdır:
“Bu məqsədlə Üzümçülük və Şərabçılıq ET İnstitutu tərəfindən Azərbaycanda tingçiliyin müasir vəziyyəti, üzüm tinginə daxili bazarın təlabatı, o cümlədən bu sahə üzrə beynəlxalq təcrübələr araşdırılaraq elmi təhlillər aparılmış və tingçilik təsərrüfatının yaradılması barədə təklif və tövsiyələr hazırlanmışdır. Belə ki, institut tərəfindən respublikada fillokseraya davamlı üzüm tinginin istehsalı ilə bağlı layihə (ting istehsal gücü 500 min ədəd olan) hazırlanaraq Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə və Kənd Təsərrüfatı Nazirliyininin müvafiq şöbəsinə təqdim edilmiş və onlar tərəfindən müsbət qiymətləndirilmişdir. Layihənin həyata keçirilməs ilə bağlı işlər davam etdirilir”.
Hal-hazırda mövcud qanunvericiliyə görə satılan üzüm tinginin bir ədədinə görə Dövlət Büdcəsindən 0,51 AZN miqdarında subsidiya ödənilir.
Tariyel Pənahov əlavə edib ki, fermerlərin keyfiyyətli, məhsuldar, fillokseraya davamlı calaq-tingə olan ehtiyaclarının ödənilməsi, xarici bazardan asılılığın aradan qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
-respublikada tingə olan daxili bazarın tələbatının qiymətləndirilməsi məqsədilə araşdırmaların aparılaması və elmi təkliflərin hazırlanması;
-milli tingçilik sistemini formalaşdırmaq üçün tingçilik assosasiyasının yaradılması və gücləndirilməsinə dəstəyin göstərilməsi;
-dövlət və özəl sektorda ting istehsalı və satışı ilə əlaqadar mövcud strukturların və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi;
-üzüm tingçiliyi ilə məşğul olan təsərrüfatlarda ting istehsalı və marketinq məlumatlarının toplanması və analizi;
-sort, özköklü, o cümlədən calaq-ting haqqında maarifləndirmə işlərinin təşkili;
-ting istehsalının rəqabət qabiliyyətinin və ting ixracı imkanlarının təhlili;
-tingçiliyin problemlərinə həsr edilmiş yerli və beynəlxalq tədbirlərin keçirilməsi;
-calaq-ting istehsalı texnologiyası üzrə beynəlxalq təcrübənin mənimsənilməsi və bu sahədə milli kadrların hazırlanması;
-Daxili bazarın tələbatını ödəmək və sənaye üzümlüklərinin salınması məqsədilə fillokseraya davamlı calaq-ting istehsalını stümullaşdırmaq məqsədilə calaq-ting istehsal edən təsərrüfatlara dövlət dəstəyinin gücləndilirlməsi, subsidiyaların artırılması, güzəştli kreditlərin verilməsi və s. məqsədəuyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
-
39 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
59 d. əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
2 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
2 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
