Azərbaycan 13,1 milyard avroya çatan ticarətdən gəlir götürəcək
Cari ilin səkkiz ayında İran ilə Avropa İttifaqına (Aİ) daxıl olan dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 13,1 milyard avroya çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
İranın milli statistika bürosunun məlumatına görə, qeyd olunan dövr ərzində Aİ-dən 6,6 milyard avro dəyərində idxal əməliyyatı aparılıb. İrandan Aİ-yə isə ixracın həcmi 6,5 milyard avro dəyərində olub.
İranın Avropa ölkələri ilə idxal-ixrac əməliyyatlarının bir il ərzində bu qədər artması daşımaların artmasına səbəb olub. Bu fakt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, İran dövlət dəmir yolu şirkətinin idarə heyətinin üzvü Hoseyn Aşuri gələn il daşınan yüklərin artacağını bildirib. O qeyd edib ki, qarşıdakı ildə İran təkcə Azərbaycan üzərindən 2,5 milyon ton yükü Rusiya və Avropa ölkələrinə daşıyacaq. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya İran ilə daha çox ixrac-idxal əməliyyatları aparan ölkələrdir.
Qeyd etmək lazımdır ki, Rəşt-Astara yolu istifadəyə verildikdən sonra H.Aşurinin göstərdiyi rəqəm dəfələrlə artacaq. Çünki H.Aşuri yalnız İranın ixrac etdiyi yüklərin həcmindən danışıb. Rəşt-Astara yolu ilə İrandan başqa, Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrinin idxal-ixrac əməliyyatları da həyata keçiriləcək. Bütün yüklər Azərbaycanın üzərindən daşınacaq və ölkəmizin tranzit gəlirləri ciddi şəkildə artacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























