Bu il 313 min ədəd artıb
30 Sentyabr 2017-ci il tarixində dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 647 min ədəd təşkil edib.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi kartların 2 milyon 544 min ədədini sosial kartlar, 1 milyon 756 min ədədini əməkhaqqı kartları, 580 min ədədini kredit kartları, 767 min ədədini digər debet kartları təşkil edib.
Sebtyabrda cəmi ödəniş kartlarının sayı 50 min ədəd artıb. O cümlədən, sosial kartlar 29 min ədəd, əməkhaqqı kartları 12 min ədəd, kredit kartları 3 min ədəd, digər debet kartlar 6 min ədəd artıb.
2017-ci ilin 9 ayı ərzində isə cəmi ödəniş kartları 313 min ədəd artıb.
Qeyd edək ki, 2015-ci ilin İyununda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə çatmışdı. Lakin sonradan iqtisadi vəziyyət ilə əlaqədar olaraq, əsasən kredit kartlarının azalması ilə cəmi kartların sayı da azalmışdı. Həmin vaxt kredit kartlarının sayı 1 milyon 244 min ədədə çatmışdı.
Sentyabrda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 1 milyard 178 milyon manat təşkil edib. Əməliyyatlarınn 80%-i və ya 943 milyon manatı nağd pulun çıxarılmasından ibarət olub. 20%-i isə nağdsız ödənişlərin payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)





