"Cadugərlər Bayramı"nda xərcləmə rekordu gözlənilir
Hər il oktyabr ayının son günündə qeyd olunan "Cadugərlər Bayramı"nın (Halloween) bu il ABŞ iqtisadiyyatına rekord töhfə verəcəyi gözlənilir.
"Marja" xəbər verir ki, rəngli kostyumlara, qorxulu bəzəmələrə, içi oyulmaqla işıqlandırılan balqabaqlara və kostyumları ilə qapı-qapı gəzərək şəkər istəyən uşaqlara səhnə olan "Halloween" üçün amerikalılar hər il milyardlarla dollarlıq xərcləyirlər.
ABŞ Milli Pərakəndə Satıcılar Birliyinin (NRF) məlumatlarına görə, ABŞ-da "Halloween" xərcləri ötən il 8,4 milyard dollar ilə 2012-ci ildən bəri ən yüksək səviyyəsinə çatmışdı.
Bu il isə xərclərin 2016-cı illə müqaysədə 8,3 faiz artımla 9,1 milyard dollara çataraq rekord qıracağı gözlənilir.
İstehlakçıların kostyumlar üçün 3,4 milyard dollar, bəzəklər üçün 2,7 milyard dollar, balqabaq və şəkərlər üçün 2,6 milyard dollar, təbrik kartları üçün də 400 milyon dollar xərcləyəcəyi gözlənilir.
326 milyon əhalisi olan ABŞ-da, ötən il təxminən 171 milyon insan "Halloween" çərçivəsində keçirilən tədbir və şənliklərə qatılıb. İştirakçı sayının bu il 179 milyona çıxacağı ehtimal edilir.
ABŞ-da istehlakçı meyllərini ölçən "Prosper Insights & Analytics"in məlumatlarına görə, ABŞ əhalisinin 72%-nin "Cadugərlər Bayramı"nda hər hansı bir tədbirə qatılması nəzərdə tutulur.
ABŞ-da bir nəfərin bayram çərçivəsində orta hesabla 86 dollar xərcləyərək, bu sahədə də rekord qırılılacağı gözlənilir.
"Halloween" xərclərində ən böyük yeri kostyumlar tutur. Mütəxəssislər, uşaqların adətən super qəhrəman kostyumlarına, yaşlıların isə cadugər paltarları və makiyajlarına üstünlük verdiyini bildirir.
ABŞ-da, Halloween kostyumları üçün yetkin kişilərin orta hesabla 96 dollar, yetkin qadınların da orta hesabla 77 dollar xərcləyəcəyi gözlənilir.
İstehlakçıların təxminən 35%-inin kostyumları internetdən, 30%-nin da pərakəndə mağazalardan satın alacağı gözlənilir.
ABŞ-ın ən iri pərakəndə dükanlarından əldə edilən məlumata görə, "Halloween" çərçivəsində ən çox satan uşaq kostyumları arasında "Spider-Man" (Hörümçək Adam), "Harry Potter" və "Wonder Woman" kimi super qəhrəman və film xarakterləri ilə cadugər geyimləri var.
ABŞ-ın e-ticarət nəhəngi "Amazon"da "Spider-Man" kostyumu orta hesabla 31 dollara satılarkən, pərakəndə şirkətləri "Walmart" və "Target" "Harry Potter" və "Wonder Woman" kostyumlarını 20 - 40 dollar arasında təklif edir
Sözügedən pərakəndə şirkətləri, böyüklər üçün cadugər kostyumlarını da 40- 150 dollara satırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 41 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
2 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















