Maliyyə Sabitliyi Şurası iclas keçirdi - "UCUZ MANAT İXRACI ARTIRIR"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 20 oktyabr 2017-ci il tarixində iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Katibliyindən “Marja”ya daxil olmuş məlumata görə, Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik etmişdir.
İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak etmişlər.
İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilmişdir. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə Maliyyə Sabitliyi Şurası tərəfindən 2016-cı ilin sonunda qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyəti öz əksini tapmışdır.
Müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi cari ilin 9 ayında ölkə iqtisadiyyatının inkişafında pozitiv dinamika müşahidə edilmiş və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitlik xüsusi rol oynamışdır.
Ölkənin tədiyə balansında profisit bərpa olnmuş, strateji valyuta ehtiyatları artmışdır. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı mal və xidmət idxalı üzrə azalma meyilinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərmişdir.
Valyuta bazarında vəziyyət stabilləşmiş, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənmişdir.
Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38%-dən çox ucuzlaşmışdır ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir.
Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım qeydə alınmışdır.
Dövr ərzində həyata keçirilən monetar siyasət iqtisadiyyatın, ilk növbədə fiskal sektorun pula olan tələbatını nəzərə almış, pul bazasının həcmi iqtisadiyyatın tələbatını ödəyəcək səviyyədə artmışdır. Digər tərəfdən pul bazasının artımının məzənnə və qiymətlər sabitliyinə təsirini neytrallaşdırmaq üçün tədbirlər görülmüşdür.
Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi, o cümlədən, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
İclasda "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"na uyğun olaraq hazırlanmış “Fiskal qaydalar”, “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya”, “Pul bazarının inkişafı proqramı” və 2018-ci ilin makroiqtisadi sabitlik çərçivəsi ətraflı müzakirə edilmişdir.
Yekunda ilin qalan dövründə də makroiqtisadi sabitliyin qorunmasının və maliyyə sabitliyinin təmin edilməsi tədbirlərinin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.
İnflyasiyanın azalmasına nail olmaq üçün çevik və əlaqələndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsinin vacibliyi xüsusilə vurğulanmışdır.
Dayanılqı makroiqtisadi sabitlik əsasında iqtisadi artımın daha da sürətləndirilməsi üçün struktur və institutsional sahədə islahatların dərinləşdirilməsinin vacibliyi də qeyd olunmuşdur.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
- 7 d. əvvəl
-
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
45 d. əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
Ən çox oxunanlar
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
























