ABŞ-da inflyasiya proqnozdan aşağı qaldı
ABŞ-da Harvey qasırğasından sonra neft məhsulları qiymətlərindəki artım istehlakçı qiymətlərinin yüksəlməsinə təsir edib.
Əmək Nazirliyinin məlumatlarına görə, ABŞ-da Sentyabrda inflyasiya Avqust ayı ilə müqayisədə 0.5%, ötən ilin Sentyabr ayı ilə müqayisədə isə 2.2% artıb.
"Marja" xəbər verir ki, bu nisbətlər proqnozlardan aşağıdır.
Gözlənti aylıq 0.6%, illik 2.3% artım idi.
Proqnozdan aşağı qalmasına baxmayaraq, aylıq artım 8 ayın ən böyük artımı kimi qeydə alınıb. Baza inflyasiya əvvəlki ay 0.2% artımdan sonra 0.1% artıb. İllik artım isə 1.7%-də qalıb.
Enerji xərcləri 2009-cu ilin İyundan bəri ən böyük artımı qeyd edib.
Bundan başqa, ABŞ-da pərakəndə satışlar 2 ildən artıq müddətin ən böyük artımını qeyd edib.
Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə satışlar Sentyabr ayında 1.6% artıb. Bu, 2015-in Mart ayından bəri görülən ən böyük artım kimi qeydə alınıb.
Gözlənti 1.7% artım idi. Avtomobil xaric satışlar isə 0.9% proqnoza qarşılıq 1% artıb. Pərakəndə satışların artmasına avtomobil satışları təsir edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























