“Holcim Azərbaycan”ın səhmləri iki dəfədən çox ucuzlaşdı
"Holcim (Azərbaycan)" MMC sement zavodunun səhmləri illik minimuma - 27 manat 50 qəpiyə düşüb."Holcim (Azərbaycan)"ın 1 səhminin nominal qiyməti 20 manatdır.
"Marja" Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, sentyabrın 26-da keçirilmiş hərraclarda bu şirkətin səhmləri 27,50 manata satılıb ki, bu da əvvəlki sövdələşmədən bir manat yarım azdır.
2016-cı il sentyabrın 1-də bağlanmış əqd zamanı investorlar “Holcim (Azerbaijan)”ın 1 səhminə 66,75 manat ödəmişdi. 2017-ci ilin Aprelində isə ASC-nin səhmi 37 manatdan satılmışdı.
Səhmlərin ucuzlaşmasının səbəbi devalvasiyaların şirkəti vurması və nəticədə açıqlanan zərərlərdir. "Holcim (Azərbaycan)" ASC götürdüyü böyük məbləğdə kredit hesabına yeni soba tikmişdi. Devalvasiylar baş verdiyindən şirktin borcu kəskin artıb.
Martda səhmdarların ümumi toplantısında elan edilib ki, şirkət 2016-cı ildə 27 mmilyon manat zərər edib. 2015-ci ilin yekunlarına görə, "Holcim (Azərbaycan)" ASC 99,1 milyon manat zərərlə üzləşidmişdi.
"Holcim (Azərbaycan)" ASC-də 66% pay İsveçrənin Holcim şirkətinə məxsusdur. 2015-ci ilin sonlarında "Azərbaycan İnvestisiya Şirkəti" 2007-ci ildə əldə etdiyi 10% səhmi "Holcim Auslandbeteiligungs Gmbh"-a sataraq səhmdarlar sırasından çıxıb. Sövdələşmənin məbləği açıqlanmayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı "Holcim (Azərbaycan)" ASC-də 10% səhmə sahibdir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aparıcı sement istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-dəki (Qaradağ Sement Zavodu) payını 10%-dən 20%-ə artırmaqdan imtina etmişdi. Qərarın səbəbi açıqlanmamışdı.
26.09.2017
26.09.2017 | AZ1001018378 | Holcim (Azərbaycan) ASC | 20,00 | AZN | 27,50 | 186,00 | 5 115,00 |
26.09.2017 | AZ1001018378 | Holcim (Azərbaycan) ASC | 20,00 | AZN | 27,50 | 186,00 | 5 115,00 |
© Contact, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
1 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
2 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"


























