970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
iç səhifə xəbər şəkil altı (mobil)_32

2025-ci ildə Azərbaycanda idxalın faktiki dəyərinin proqnoz göstəricilərindən geri qalması, eləcə də ƏDV-yə cəlb olunan idxalın 2024-cü illə müqayisədə azalması şəraitində Dövlət Gömrük Komitəsinin (DGK) xətti üzrə təmin edilməli büdcə gəlirləri proqnoza nisbətən kəsirlə icra edilib.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il Komitənin xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat vəsait daxil olub ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 230,1 milyon manat və yaxud 3,5 %, əvvəlki ilə nisbətən isə 278,8 milyon manat və yaxud 4,2 % az olub.

Hesabat ilində qeyri-monetar qızıl istisna olmaqla idxalın faktiki dəyəri proqnoz göstəricisindən 306,2 milyon ABŞ dolları və yaxud 1,7 % az - 18 milyard 115 milyon ABŞ dolları təşkil edib. 2025-ci ildə gömrük ödənişlərinin idxalın məbləğində nisbət göstəricisi 2023-cü və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndləri azalaraq 20,7 %-ə enib.

2024-cü illə müqayisədə hesabat ilində ƏDV-yə cəlb olunan idxalın dəyərinin 333,5 milyon ABŞ dolları və yaxud 2,5 % azalaraq 12 milyard 782,5 milyon ABŞ dolları təşkil etməsi DGK üzrə gəlirlərin idxalın məbləğndə nisbət göstəricisinin azalmasına təsir edən amillərdən olub.

İş elanları AzVak.az-da

© "Report"

gömrük gəlirləri dövlət büdcəsi 2025-ci il dövlət büdcəsi dövlət büdcəsinin icrası Hesablama Palatası büdcə gəlirləri gömrük ödənişləri idxal göstəriciləri Azərbaycanda idxal idxalın faktiki dəyəri idxal proqnozu idxal proqnozdan az olub ƏDV-yə cəlb olunan idxal idxalda ƏDV qeyri-monetar qızıl gömrük daxilolmaları büdcə gəlirləri kəsirlə icra edilib DGK üzrə büdcə daxilolmaları
12.06.2026 11:18
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19