Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
ABŞ-da federal məhkəmə Tramp administrasiyasının yeni H-1B viza müraciətlərində işəgötürənlərdən alınmasını nəzərdə tutduğu 100 min dollarlıq əlavə ödəniş şərtini qanuna zidd hesab edərək ləğv edib. Məhkəmə sözügedən ödənişin vergi xarakteri daşıdığına və bu səlahiyyətin Konqresə aid olduğuna hökm edib.ABŞ-da federal məhkəmə Prezident Donald Tramp administrasiyasının H-1B viza müraciətləri üçün tətbiq etdiyi 100 min dollarlıq rüsumu ləğv edib.
Marja xəbər verir ki, qərar ixtisaslı xarici işçi qüvvəsinə ehtiyac duyan ABŞ texnologiya şirkətləri baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Massaçusets Federal Dairə Məhkəməsi Kaliforniyanın öncüllüyü ilə 20 ştat tərəfindən federal icra orqanlarına qarşı qaldırılan iş üzrə hökmünü açıqlayıb.
Məhkəmə yeni “H-1B” viza müraciətlərində işəgötürənlərdən 100 min dollar əlavə ödəniş alınmasını nəzərdə tutan prezident fərmanını və bu fərmana əsasən tətbiq edilən qaydaları qanuna zidd hesab edib. İddiaçı ştatların xeyrinə nəticələnən işdə sözügedən viza rüsumu tətbiqi ləğv edilib.
Qərarda 100 min dollarlıq əlavə ödənişin “vergi” xarakteri daşıdığı bildirilib.
Qərarda ABŞ Konstitusiyasına əsasən vergi tətbiq etmək səlahiyyətinin Konqresə məxsus olduğu xatırladılaraq, icra hakimiyyətinin bu addımının hakimiyyət bölgüsü prinsipinə və inzibati prosedur qaydalarına zidd olduğu vurğulanıb.
Sözügedən qayda 19 sentyabr 2025-ci ildə Tramp tərəfindən imzalanan prezident fərmanı ilə qüvvəyə minmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























