PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
“PMD Group” MMC törəmə şirkətləri PMD Projects, Facility Management Group (FMG) və Design Bureau ilə birlikdə 17–22 may 2026-cı il tarixlərində Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edir.
Forum “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu altında keçirilir və dayanıqlı şəhərsalma, təhlükəsiz yaşayış mühitləri, inklüziv inkişaf və şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir.
Dünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində dünyanın aparıcı qlobal platformalarından biri hesab olunur. WUF13 çərçivəsində PMD Group və törəmə şirkətləri C06 nömrəli stenddə təmsil olunur. Forum müddətində PMD Group-un stendində şirkətin və törəmə şirkətlərinin fəaliyyəti vahid konsepsiya altında təqdim olunur. PMD Projects tikinti layihələri üzrə təcrübəsini, Facility Management Group müasir əmlak idarəetməsi yanaşmalarını, Design Bureau isə memarlıq sahəsində insan yönümlü və dayanıqlı həllərini təqdim edir.
PMD Group WUF13 çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla, o cümlədən Zaha Hadid Architects, Chapman Taylor kimi nüfuzlu şirkətlərin nümayəndələri ilə dialoq və görüşlər keçirib.
WUF13 çərçivəsində 19 may tarixində Azərbaycan Pavilyonunda “Designing the Mixed-Use City: Architecture, Complexity and the Future of Urban Life” mövzusunda maraqlı müzakirə keçirilib. Müzakirədə Zaha Hadid Architects-in nümayəndəsi Houzhe Xu, həmçinin PMD Group-un Daşınmaz əmlakın inkişafı üzrə rəhbərləri Aykut Bülbül və Kamil Əliyev iştirak ediblər.
Panel zamanı qarışıq funksiyalı şəhər mühitlərinin planlaşdırılması, memarlığın gündəlik şəhər həyatına təsiri və kompleks urban layihələrə yanaşma məsələləri müzakirə olunub. Müzakirədə bu mövzulara beynəlxalq baxış təqdim edilib, şəhərlərin yalnız tikili mühit kimi deyil, insanların yaşayış, hərəkət, ünsiyyət və ictimai məkanlardan istifadə təcrübəsini formalaşdıran sistem kimi qiymətləndirilməsi vurğulanıb. PMD Group üçün bu dialoqlar şəhər mühitinin gələcəyi ilə bağlı qlobal baxışa qoşulmaq, beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsi aparmaq, həmçinin Azərbaycanın dayanıqlı urbanizasiya gündəliyinə özəl sektor nümayəndəsi olaraq töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Panelin yekununda PMD Group Zaha Hadid Architects ilə Bakı şəhərinin memarlığına töfhə verəcək yeni ekskluziy layihə üzərində işlədiyinin mesajını verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
13 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
17 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
35 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)






.jpg)





