Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
“Hər iki ölkə İranın heç vaxt nüvə silahına sahib olmaması məsələsində razılığa gəlib”Ağ Ev, ABŞ Prezidenti Donald Tramp və Çinin Dövlət başçısı Si Cinpinin Hörmüz boğazının açıq qalması və “İranın heç vaxt nüvə silahına sahib olmaması” məsələsində razılığa gəldiyini açıqlayıb.
Marja xəbər verir ki, Ağ Evin "X" sosial media platformasındakı hesabından Trampın Çinin paytaxtı Pekində Si Cinpin ilə keçirdiyi görüşlə bağlı açıqlama verilib.
Açıqlamada görüşün “yaxşı” keçdiyi və iki liderin ABŞ ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdiyi bildirilib.
Görüşün bir hissəsində ABŞ-ın böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi qeyd olunan açıqlamada, tərəflərin ABŞ şirkətlərinin Çin bazarına çıxışının genişləndirilməsini və Çinin Amerika sənayesinə yatırımlarını artırmasını müzakirə etdiyi bildirilib.
Açıqlamada həmçinin liderlərin fentanil istehsalında istifadə olunan maddələrin “ABŞ-yə daxil olmasının dayandırılması istiqamətində əldə edilən irəliləyişin davam etdirilməsinə” və “Çinin ABŞ-dən kənd təsərrüfatı məhsulları alışını artırmasına” ehtiyac olduğunu vurğuladıqları qeyd olunub.
“Daha çox Amerika nefti almaq tələbi”
Açıqlamada liderlərin, Hörmüz boğazının sərbəst enerji axınını dəstəkləmək üçün açıq qalmalı olduğu məsələsində razılığa gəldikləri bildirilib və belə deyilir:
“Dövlət başçısı Si Cinpin həmçinin Çinin boğazın hərbiləşdirilməsinə və ondan istifadə üçün ödəniş tələb olunmasına qarşı olduğunu açıq şəkildə bəyan etdi və Çinin gələcəkdə boğazdan asılılığını azaltmaq üçün daha çox Amerika nefti almaq məsələsinə maraq göstərdiyini bildirdi.”
Açıqlamada həmçinin “Hər iki ölkə İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyi məsələsində razılığa gəldi” ifadəsi də yer alıb.
Digər tərəfdən açıqlamada Si Cinpin, Tayvan məsələsinin düzgün şəkildə həll olunmaması halında ABŞ ilə Çinin toqquşa biləcəyi ilə bağlı sözlərinə münasibət bildirilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























