AccessBank-dan “qızıl” kimi kredit!
(®) AccessBank müştərilərinə gözlənilməz xərclərin qarşılanması və şəxsi planların reallaşdırılması üçün lombard kredit məhsulunu təqdim edir. Bu məhsul sadələşdirilmiş şərtləri ilə seçilir və məhz bu yanaşma kreditin operativ və zəmanətli şəkildə əldə olunmasını təmin edir.
Lombard kreditdən yararlanmaq üçün yalnız qızıl zinət əşyaları və şəxsiyyət vəsiqəsi kifayətdir. Qızıl girovu ilə kredit məhsulunda gəlir arayışı və zamin tələbinin olmaması müraciət prosesinin daha operativ həyata keçirilməsinə və müştərilər üçün əlavə rahatlığın təmin edilməsinə imkan yaradır.
Məhsul çərçivəsində müştərilər minimum 200 AZN-dən maksimum 100 000 AZN-dək nağd vəsaiti 3–48 ay müddətinədək əldə edə bilərlər. Aylıq faiz dərəcəsi 1.5%-dən, faktiki illik faiz dərəcəsi (FİFD) isə 18.85%-dən başlayır. Komissiya 1–5% aralığındadır.
Ödənişlər müştərinin seçimindən asılı olaraq bərabər aylıq hissələrlə (annuitet) və ya yalnız aylıq faiz ödənişi ilə sərbəst qrafik üzrə həyata keçirilə bilər. Bu çeviklik hər bir müştərinin maliyyə imkanlarına uyğun ödəniş planı seçməsinə şərait yaradır.
Lombard kredit məhsulunun əsas üstünlükləri sırasında sürətli rəsmiləşdirmə, minimum sənəd tələbi, girov əsasında zəmanətli kredit əldə etmə imkanı və ödəniş qrafikində çeviklik yer alır. Bu xüsusiyyətlər məhsulu həm təcili maliyyə ehtiyacları, həm də planlı xərclər üçün əlverişli həllə çevirir.
Bundan əlavə, kredit kalkulyatoru vasitəsilə aylıq ödəniş məbləğini əvvəlcədən hesablamaq mümkündür.
Lombard kredit məhsulu haqqında daha ətraflı məlumat üçün: www.accessbank.az
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















