Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
ABŞ Prezidenti Donald Trump İran qarşı tətbiq edilən blokadanın uzun müddət davam etdirilməsinə hazırlaşmaq barədə göstəriş verib.ABŞ Prezidenti Donald Trump İran əleyhinə blokadanın uzun müddət davam etdirilməsinə hazırlaşmaq barədə göstəriş verib.
Marja.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin çərşənbə axşamı dərc etdiyi xəbərə görə, Tramp son iclaslarda İran limanlarına gediş-gəlişi əngəlləyərək (blokada tətbiq edərək) ölkənin iqtisadiyyatına və neft ixracına təzyiqin davam etdirilməsini üstün tutub.
Məlumata görə, Tramp digər variantların mövcud blokadanın davam etdirməklə müqayisədə daha yüksək risk daşıdığını bildirib.
ABŞ və İsrail 28 fevralda İrana qarşı birgə hücuma başlayıb, bunun ardınca Tehran da region üzrə – əsasən Körfəz ölkələrində – “ABŞ maraqları” kimi xarakterizə etdiyi hədəflərə hücumlarla cavab verib.
8 aprel tarixində Pakistan vasitəçiliyi ilə atəşkəs elan edilib, bundan sonra 11–12 aprel tarixlərində İslamabad şəhərində danışıqlar keçirilib. Lakin müzakirələr razılaşma əldə olunmadan başa çatıb.
Tramp daha sonra bildirib ki, Tehrandan gələcək təklif gözlənildiyi bir vaxtda atəşkəs Pakistanın xahişi ilə uzadılıb.
Tramp bazar ertəsi verdiyi açıqlamada, İranın Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan, lakin nüvə proqramı ilə bağlı məsələləri daha sonraya saxlayan son təklifinin qəbul edilməsi ehtimalının aşağı olduğunu deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib





























