Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Ukrayna, pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın aparıcı gübrə istehsalçılarından biri olan "PhosAgro" şirkətinə aid obyekti və böyük bir neft emalı müəssisəsini vurub.
Bloomberg-in məlumatına görə, hücumlar Kiyev rəhbərliyinin İran müharibəsi ilə birlikdə yüksələn əmtəə qiymətlərindən faydalanan Rusiya ixracatçılarını təzyiq altında saxlamaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Ukrayna tərəfi sözügedən obyektin partlayıcı istehsalında istifadə olunan xammal təmin etdiyini iddia edib. Lakin "PhosAgro"nun birbaşa hərbi təchizat təmin etməsi ilə bağlı iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Hücumların digər hədəfi isə Yaroslavldakı neft emalı zavodu olub. Rusiya enerji nəhəngləri "Rosneft" və "Gazprom Neft"in birgə müəssisəsi olan obyekt Ukrayna ordusunun açıqlamasına görə vurulub və ərazidə yanğın baş verib. Region qubernatoru Mixail Yevrayev isə gecə boyu həyata keçirilən intensiv dron hücumunun böyük ölçüdə dəf edildiyini bildirib.
Yaroslavl neft emalı zavodu Moskvanın təxminən 282 kilometr şimal-şərqində yerləşir və illik 15 milyon ton xam neft emalı gücünə malikdir. Bu da gündə təxminən 300 min barel istehsala bərabərdir.
Son dövrlər Ukraynanın xüsusilə gübrə müəssisələri və neft infrastrukturuna yönəlmiş hücumlarını artırdığı diqqət çəkir. Bu addımların Rusiyanın enerji və kənd təsərrüfatı əmtəələrindən əldə etdiyi gəlirləri məhdudlaşdırmağı hədəflədiyi qiymətləndirilir.
Hücumların vaxtı qlobal gübrə bazarı baxımından kritik bir dövrə təsadüf edir. İran müharibəsi və Hörmüz Boğazının bağlı olması səbəbindən azot gübrəsinin qiymətləri müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfə artmış vəziyyətdədir. Körfəz bölgəsindən həyata keçirilən daşınmaların (göndərişlərin) ləngiməsi qlobal təklifi azaldan əsas amillərdən biri kimi önə çıxır.
Digər tərəfdən Rusiya daxili bazarı qorumaq məqsədilə gübrə ixracına kvota tətbiq edərək müəyyən addımlar atır. Lakin istehsalçıların müəyyən edilmiş kvotalar çərçivəsində ixraca davam etməsi qlobal bazarda təklifin məhdud da olsa qorunub saxlanmasına imkan verir.
Ümumilikdə, Ukraynanın infrastruktura yönəlmiş hücumları yalnız hərbi deyil, iqtisadi nəticələr də doğurur. Xüsusilə gübrə və enerji obyektlərinin hədəf alınması, onsuz da həssas olan qlobal təchizatda yeni risklər yaradaraq kənd təsərrüfatı xərcləri və ərzaq qiymətləri üzərində təzyiqin arta biləcəyinə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























