"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
2026-cı ilin mart ayının sonuna "Kapital Bank"ın kredit portfeli 5 milyard 467 milyon 925 min manat olub. 2025-ci ilin sonunda isə kredit portfeli 5 milyard 338 milyon 917 min manat təşkil edirdi. Beləliklə, kredit portfeli 129 milyon 8 min manat və ya 2,4 % artıb.
Marja.az-ın məlumatına görə, kredit portfelinin artması bankın kreditləşmə fəaliyyətinin davam etdiyini və iqtisadiyyata kredit qoyuluşunun genişləndiyini göstərir.
Kredit portfelinin strukturuna görə istehlak kreditləri 3 milyard 155 milyon 737 min manat təşkil edib və bu göstərici ötən ilin sonu ilə müqayisədə 149 milyon 93 min manat və ya 5 % artıb. Biznes kreditləri 1 milyard 732 milyon 254 min manat olub ki, bu da 7 milyon 741 min manat və ya 0,4 % artım deməkdir.
Daşınmaz əmlak (ipoteka) kreditləri isə 579 milyon 934 min manat təşkil edib və 27 milyon 827 min manat və ya 4,6 % azalıb.
Kredit portfelində əsas artım istehlak kreditləri hesabına baş verib. Bu isə bankın retail seqmentində daha aktiv fəaliyyət göstərdiyini göstərir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
2 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
6 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 11 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB






















