Çinin ixracı yavaşlayıb
Çinin ixracında artım 2026-cı ilin mart ayında Yaxın Şərqdəki münaqişənin tədarük "zəncirlərini" pozması və bunun nəticəsində xammal və enerji xərclərinin yüksəlməsi səbəbindən yavaşlayıb. Buna baxmayaraq, idxalda son dörd ildən artıq müddətin ən güclü artımı qeydə alınıb.
Marja xəbər verir ki, Çinin gömrük məlumatlarına görə, ixrac mart ayında ABŞ dolları ifadəsində illik müqayisədə 2,5 % artıb. Bu göstərici son altı ayın ən zəif artım tempi olmaqla yanaşı, iqtisadçıların gözlədiyi 8,6 % artım proqnozundan da xeyli aşağı olub. Yanvar və fevral aylarında birlikdə müşahidə olunan 21,8 %-lik güclü artımdan sonra nəzərəçarpacaq yavaşlama baş verib.
ABŞ-a göndərilən malların həcmi isə illik müqayisədə 26,5 % azalıb.
İdxalda isə mart ayında illik 27,8 %-lik güclü artım qeydə alınıb. Bu göstərici 2021-ci ilin noyabrından bəri ən sürətli artım olmaqla yanaşı, gözlənilən 11,2 % artım proqnozunu da xeyli üstələyib. Bu artım əvvəlki iki ayda qeydə alınan 19,8 %-lik artımı da geridə qoyub.
Çin, Ay Yeni ili dövründə baş verən dalğalanmalar səbəbindən yanvar və fevral aylarının ticarət statistikalarını adətən birlikdə açıqlayır. Bu dövr ölkənin ən böyük bayramı hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
-
14 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
38 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
51 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək











.webp)












