Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Neft qiymətləri ABŞ Prezidenti Donald Trump-ın İranla müharibənin yaxın zamanda başa çata biləcəyini deməsindən sonra 10%-dən çox ucuzlaşıb.ABŞ Prezidenti Donald Trampın İranla müharibənin tezliklə sona çata biləcəyini bəyan etməsindən sonra neft qiymətləri kəskin geriləyib. Qlobal enerji bazarlarını sarsıdan münaqişə və artan inflyasiya narahatlıqları fonunda bazarlarda yeni dalğalanma müşahidə olunub.
Marja xəbər verir ki, Brent markalı neft və ABŞ xam nefti Asiya bazarlarında erkən ticarət zamanı 10%-dən çox ucuzlaşıb. Trampın açıqlamaları son günlərdə kəskin dalğalanmaların yaşandığı neft bazarında oynaqılığı daha da artırıb. Tramp bazar ertəsi keçirdiyi mətbuat konfransında neft sanksiyalarından imtina etməyi planlaşdırdıqlarını və ABŞ donanmasının neft tankerlərinin Hörmüz boğazından keçidinə yardım göstərəcəyini bildirib.
Brent nefti bazar ertəsi gününün böyük hissəsində 119 dolların üzərində ticarət olunduqdan sonra təxminən 94 dollar səviyyəsinə qədər geriləyib. Dünən axşam saatlarında Brent neftinin qiyməti 87 dollar səviyyələrinədək düşmüşdü.
Analitiklər bildirib ki, Trampın müharibənin çox yaxın zamanda bitəcəyini deməsi tankerlərin hərəkətinə dair dərhal normallaşma təminatı yaratmır. Onun sözlərinə görə, investorlar son xəbərlərin təsiri ilə “panika satışına” yönəlmiş ola bilərlər.
Neft qiymətləri bazar ertəsi gününün əvvəlində bir barel üçün 120 dollara yaxınlaşmışdı. Böyük neft istehsalçıların Hörmüz boğazı faktiki olaraq bağlandığı üçün hasilatı azaltmaq məcburiyyətində qalması qiymətləri yüksəltmişdir. Lakin günün sonuna doğru dünyanın ən böyük iqtisadiyyatlarının fövqəladə neft ehtiyatlarını bazara buraxa biləcəyi ehtimalı qiymətlərin 10% geriləməsinə səbəb olub.
Bakı vaxtıilə saat 08:30-da Brent neft 5%-ə yaxın ucuzlaşma ilə 94,27 dollara, ABŞ xam nefti 4,5% ucuzlaşma ilə 90,48 dollara ticarət olunub. Brent nefti dünən səhər çatdığı 119,50 dollar ilə müqayisədə 25 dollardan və ya 21%-dən çox ucuzlaşıb.
İnvestorlar Tramp administrasiyasının enerji bazarlarını sabitləşdirmək üçün atdığı addımlara ehtiyatla yanaşırlar. Bununla belə, son açıqlamalar Ağ Evin müharibəni bitirməyə yönəlmiş bir prosesə başlaya biləcəyinə işarə edir.
Tramp tanker dəstəyi və neft sanksiyalarının ləğvi planının detalları barədə məlumat verməyib. O, bu məsələni bazar ertəsi günü Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı müzakirə etdiyini bildirib. Ötən həftə Tramp administrasiyası həmçinin Hindistanın Rusiya xam neftini alışını müvəqqəti artırmasına icazə verərək əvvəlki aylarda tətbiq olunan təzyiqləri yumşaldıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trump münaqişənin yaxın vaxtlarda sona çata biləcəyinə dair siqnal verib.
Tramp bazar ertəsi "CBS News" telekanalına telefonla verdiyi müsahibədə bildirib ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar gözləniləndən daha sürətli irəliləyir.
“Düşünürəm ki, müharibə böyük ölçüdə tamamlanıb,” – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, əməliyyatların əvvəlcə 4–5 həftə davam edəcəyi proqnozlaşdırılsa da, proses planlaşdırılandan daha tez irəliləyib.
ABŞ prezidenti İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini də vurğulayıb.
“Onların donanması yoxdur, rabitə sistemləri yoxdur, hava qüvvələri də yoxdur,” – deyə Tramp bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 52 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib

























