Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Mərkəzi Bankda “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” tələblərinə dair görüşlər keçirilibMərkəzi Bankın İdarə Heyəti tərəfindən 23 dekabr 2025-ci il tarixində banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) təsdiqlənib.
Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi MHBS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcəkdir.
Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaqdır.
Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9 hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.
Metodoloji Rəhbərlik sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun:
https://uploads.cbar.az/assets/93968292987fc27975a90fcfd.pdf
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
6 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
25 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır


























