Vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları və təhlükəsizlik qaydaları
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr. Bank müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırırBank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.
Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.
Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:
· Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);
· Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);
· Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;
· Sosial şəbəkələrdə tanışların adından göndərilən “təcili pul” mesajları;
· Saxta QR-kodlar və kampaniya elanları;
· İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;
· Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.
Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:
· Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;
· SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;
· Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;
· Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;
· Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;
· “Zəmanətli qazanc” vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.
Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























