Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Bitcoin, cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.
Marja xəbər verir ki, Dünyanın ən böyük kriptovalyutası, sessiyanın erkən saatlarında 60 008,52 dollara qədər gerilədikdən sonra dalğalı əməliyyatlarda istiqamət dəyişdirərək 1,64 faiz artımla 65 711 dollardan ticarət olunub (Bakı vaxtı ilə 09:35-ə olan məlumat).
Bu səviyyə, Donald Trampın kriptonu dəstəkləmək niyyətini seçki kampaniyasında dilə gətirdiyi və ABŞ prezident seçkilərini qazanmasından bir ay əvvəlki dövr olan 2024-cü ilin oktyabrından bəri ən zəif səviyyədir. Ether isə sessiya 1751,94 dollarla 10 ayın ən aşağı səviyyəsinə gerilədikdən sonra 2,4 faiz artımla 1927 dollara yüksəlib.
CoinGecko məlumatlarına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri oktyabrın əvvəlində qeydə alınan 4,379 trilyon dollarlıq ən yüksək səviyyədən təxminən 2 trilyon dollar azalıb. Bunun 1 trilyon dollardan çoxu yalnız son bir ayda silinib.
Bitcoin həftəni təxminən 16 faiz ucuzlaşmailə bağlamağa hazırlaşarkən, ilin əvvəlindən bəri dəyər itkisi 27 faizə çatıb. Ether isə həftəlik təxminən 17 faiz geriləmə yolundadır və il ərzində itkisi 36 faiz səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























