Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Henkel Niderlandda yerləşən örtük materialları istehsalçısı Stahl Holdings şirkətini özəl investisiya şirkəti Wendel-dən almaq üçün razılığa gəlib. Satınalma dəyərinin 2,1 milyard avro (2,5 milyard dollar) olduğu bildirilib.
Marja.az-ın məlumatına görə, Wendel açıqlamasında qeyd edib ki, Stahl şirkətinin 30%-dən çox hissəsinə nəzarət edən BASF və Clariant da öz paylarını ayrıca satacaqlar. Almaniyanın kimya istehsalçısı Henkel-in baş icraçı direktoru Karsten Knobel bildirib ki, bu razılaşma şirkətin yapışdırıcı texnologiyaları bölməsini gücləndirəcək.
Wendel-in Paris birjasında səhmləri 5,2% artaraq 12 dekabrdan bəri ən sürətli gün daxili artımı göstərib. BASF-ın Frankfurt birjasında səhmləri 2,8% bahalaşıb, Henkel-in səhmləri isə 0,3% dəyər qazanıb.
Rəhbərlər zəif tələb, artan enerji xərcləri, gömrük rüsumları və güclü rəqabətlə üzləşən şirkətlərin kimya sektorunda konsolidasiya dalğasının yaşanacağını proqnozlaşdırırlar. Boya istehsalçısı Akzo Nobel və BASF kimi digər sektor şirkətləri də milyardlarla avro dəyərində müqavilələrdə iştirak edir.
Bloomberg News 2024-cü ilin noyabrında Wendel-in Stahl şirkətini satmağı nəzərdən keçirdiyini yazmışdı. Stahl şirkətində təxminən 1700 əməkdaş çalışır və avtomobil, moda və qablaşdırma sənayelərində istifadə olunan məhsullar üçün örtük materialları istehsal edir.
Wendel və Carlyle Group 2006-cı ildə Stahl şirkətini 520 milyon avroya satın almışdı. Lakin restrukturizasiya nəticəsində Wendel şirkət üzərində nəzarəti ələ keçirib. Stahl BASF-in dəri kimyası bölməsini və Clariant-ın oxşar fəaliyyət sahəsini satın almaq da daxil olmaqla digər alışlar vasitəsilə böyüməyə davam edib.
Razılaşmanın tənzimləyici təsdiqlər və digər şərtlərdən asılı olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
14 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






























