Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
"Valyuta bazarı ilə bağlı suallara cavab olaraq qeyd edim ki, ötən il ərzində ümumilikdə valyuta təklifi tələbi üstələmişdir. Aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olmuşdur".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, 2025-ci ilin yekunlarına görə, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da təklif üstünlük təşkil etmişdir. Nəticədə banklar tərəfindən təxminən 423 milyon ABŞ dolları həcmində xalis valyuta alışları həyata keçirilmişdir. Bu da əhalinin banklara daha çox valyuta satdığını göstərir.
"Valyuta bazarında təklif orta hesabla 50–400 milyon ABŞ dolları intervalında olmuşdur. Onu da qeyd edim ki, ilin nəticələrinə əsasən nağd fiziki şəxslərin valyuta əməliyyatlarında da təklif tələbi üstələmişdir. Nəticə etibarilə, xalis şəkildə banklar tərəfindən 423 milyon ABŞ dolları həcmində daha çox valyuta alınmışdır. Yəni, əhali banklara 423 milyon ABŞ dolları məbləğində daha çox valyuta satmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer əməliyyatlarını da nəzərə alsaq, təxminən 400 milyon ABŞ dolları həcmində valyuta bazarda satılmamışdır, çünki bu məbləğ üzrə tələbat formalaşmamışdır. Həmin vəsait valyuta şəklində Maliyyə Nazirliyinə transfer edilmişdir.
Dəqiq rəqəm hazırda yadımda olmasa da, transfer göstəricilərinə baxmaqla bu məbləği dəqiqləşdirmək mümkündür. Ümumilikdə, təxminən 400–450 milyon ABŞ dolları həcmində vəsait bazarda satılmamış, həmin məbləğ Neft Fondu tərəfindən dollar şəklində xəzinəyə transfer olunmuşdur".
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 14 milyard 481 milyon manat (rəsmi məzənnə ilə 8 milyard 518,2 milyon ABŞ dolları) nəzərdə tutulmuşdu. 2025-ci il ərzində də ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 24 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb






















