Rabitəbankda yeni təyinat
"Rabitəbank" ASC-nin İdarə Heyətinin qərarına əsasən, Anar Tağıyev 2026-cı ilin 2 fevral tarixindən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub.
Marja.az Banka istinadən xəbər verir ki, Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. Müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələr icra edib. Eyni zamanda, dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib. Bu dövr ərzində maliyyə nəzarəti, uçot, strateji planlaşdırma və institusional maliyyə idarəetməsi üzrə geniş praktiki təcrübə qazanıb.
2021-ci ildən Rabitəbank ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi fəaliyyət göstərən Anar Tağıyev bankın maliyyə strategiyasının hazırlanması və icrasında, maliyyə dayanıqlığının qorunmasında və effektiv resurs idarəçiliyinin təmin olunmasında mühüm rol oynayıb.
Yeni vəzifəsində o, Rabitəbankın maliyyə idarəetmə modelinin daha da təkmilləşdirilməsi, bankın strateji inkişaf prioritetlərinin maliyyə baxımından effektiv şəkildə dəstəklənməsi və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








