Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
"Evini hissə-hissə al İstədiyin vaxt ödə, istədiyin qədər al – ev sahibi olmaq artıq daha rahatdır! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir. Bu müddət ərzində heç bir bank faizi və ya kredit artımı tətbiq olunmur; ödənilən hər bir manat birbaşa mənzil sahəsinə çevrilir.(®) İlkin ödəniş və aylıq kredit öhdəliklərinə görə mənzil almaq istəyini təxirə salanlar üçün sevindirici xəbər var!
"Kristal" daşınmaz əmlak bazarında innovativ və vətəndaşyönümlü bir satış modelinə start verir: "Evini hissə-hissə al". Bu model mənzil almaq istəyən, amma kredit və faiz yükü istəməyən hər kəs üçün nəzərdə tutulub.
Təklif olunan modelin əsas üstünlüyü aylıq ödəniş öhdəliyinin olmamasıdır. Müştəri istədiyi mənzili seçir, istədiyi qədər yaşayış sahəsi alır və bu sahə onun adına rəsmiləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m.! Alıcı istədiyi vaxt və əlində vəsait olduqca əlavə kvadratlar almaqla mənzilini böyüdə bilir. Bu müddət ərzində heç bir bank faizi və ya kredit artımı tətbiq olunmur; ödənilən hər bir manat birbaşa mənzil sahəsinə çevrilir. Müştərinin daha əvvəl aldığı kvadrat metrlər bazarın qiymət artımından birbaşa faydalanır. Daşınmaz əmlakın qiyməti yüksəldikcə alıcının sahib olduğu sahənin dəyəri də eyni nisbətdə artır və bu da yatırılan vəsaitin inflyasiyadan qorunmasını təmin edir.

Bu modelin ən diqqətçəkən tərəfi isə kredit və faiz anlayışının olmamasıdır. Burada nə faiz var, nə də aylıq ödəniş öhdəliyi. Müştəri yalnız öz büdcəsinə uyğun vaxtda və istədiyi məbləğdə ödəniş edir.
Əgər sonda müştərinin topladığı məbləğ seçdiyi mənzili almağa kifayət etməzsə və ya seçilən mənzil həmin müddətdə satılarsa, alternativ seçimlər təklif olunur. O, həmin günün bazar dəyərinə uyğun hesablanan topladığı dəyəri "Kristal"ın digər layihələrində də uyğun mənzilə çevirə bilər.

Müştəri gələcəkdə mənzil əldə etmək istəməsə və ya nə vaxtsa fikrini dəyişsə, o zaman yatırdığı vəsaiti illik 12% artımla istənilən zaman geri ala bilər. (12% illik gəlir hər bir ödəniş məbləği üzrə vəsaitin yatırıldığı tarixdən etibarən ayrıca qaydada və faktiki saxlanma müddətinə mütənasib olaraq hesablanaraq tətbiq olunur.)
"Kristal"ın “Evini hissə-hissə al!” satış modeli ilə sən də heç bir kredit yükü olmadan, heç bir aylıq ödəniş öhdəliyi olmadan mənzilinə hissə-hissə sahib ol.

Ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
- 10 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib






.jpg)






.jpg)





