Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsirini açıqlayıb.
Fondun yaydığı açıqlamada bildirilir ki, 2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.
ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.
ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.
Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.
Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























