“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
2025-ci ildə “Xalq Bank”ın cəmi gəlirləri 280 milyon 978 min manat, xalis mənfəəti 61 milyon 81 min manat təşkil edib.2025-ci ildə “Xalq Bank”ın maliyyə nəticələri gəlir və aktivlər üzrə müsbət dinamika nümayiş etdirsə də, artan əməliyyat xərcləri fonunda xalis mənfəətdə azalma qeydə alınıb.
Marja xəbər verir ki, 2025-ci ilin yanvar–dekabr aylarında “Xalq Bank”ın xalis mənfəəti 61 milyon 81 min manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 65 milyon 721 min manat ilə müqayisədə 4 milyon 640 min manat və ya 7,1 faiz azdır. Xalis mənfəətdəki geriləmə bankın gəlir yaratma qabiliyyətinin zəifləməsindən deyil, əsasən faiz və qeyri-faiz xərclərinin artmasından qaynaqlanıb. Bu, bankın əməliyyat miqyasını böyütdüyünü, lakin həmin böyümənin mənfəət marjasına təzyiq etdiyini göstərir
Gəlirlər: faiz və qeyri-faiz gəlirlərində güclü artım
2025-ci ildə bankın faiz gəlirləri 228 milyon 641 min manata çatıb. Bu, 2024-cü ildəki 183 milyon 965 min manatla müqayisədə 44 milyon 676 min manat və ya 24,3 faiz artım deməkdir. Faiz gəlirlərindəki əhəmiyyətli artım kreditləşmə və faiz gətirən aktivlərin effektiv idarə olunduğunu göstərir. Buna baxmayaraq, paralel olaraq faiz xərclərinin daha sürətlə artması faiz marjasını zəiflədib.
Qeyri-faiz gəlirləri isə 42 milyon 816 min manatdan 52 milyon 337 min manata yüksələrək 9 milyon 521 min manat və ya 22,2 faiz artıb. Bu dinamika bankın komissiya gəlirləri, xidmət haqları və digər əməliyyatlardan gəlir əldə etmə qabiliyyətinin gücləndiyini göstərir. Qeyri-faiz gəlirlərinin artması gəlir mənbələrinin şaxələndirilməsi baxımından müsbət tendensiya hesab olunur.
Beləliklə, “Xalq Bank”ın cəmi əməliyyat gəlirləri 2025-ci ildə 280 milyon 978 min manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 226 milyon 781 min manat ilə müqayisədə 54 milyon 197 min manat və ya 23,9 faiz yüksəkdir. Əməliyyat gəlirlərindəki artım bankın əsas fəaliyyətinin genişləndiyini və bazar payını qoruduğunu göstərir. Lakin bu artım xərclərin daha yüksək templə yüksəlməsi fonunda xalis mənfəətə tam çevrilməyib.
Xərclər: xüsusilə faiz xərclərində kəskin yüksəliş
2025-ci ildə bankın faiz xərcləri 97 milyon 363 min manata yüksəlib. 2024-cü ildə bu göstərici 50 milyon 143 min manat idi. Nəticədə, faiz xərcləri 47 milyon 220 min manat və ya 94,2 faiz artıb. Faiz xərclərindəki kəskin artım depozitlər və digər cəlb olunmuş vəsaitlər üzrə faiz yükünün ciddi şəkildə yüksəldiyini göstərir. Bu faktor bankın xalis faiz gəlirlərinə və mənfəətinə əsas təzyiq mənbəyi olub.
Qeyri-faiz xərcləri isə 99 milyon 474 min manatdan 115 milyon 97 min manata yüksələrək 15 milyon 623 min manat və ya 15,7 faiz artım göstərib. Qeyri-faiz xərclərinin artımı əməliyyatların genişlənməsi, personal (əməkhaqqı), inzibati və digər xərclərin yüksəlməsi ilə əlaqədrdır. Artım tempinin gəlir artımından aşağı olması müsbət hesab edilsə də, ümumi xərclər yükü hələ də yüksəkdir.
Bununla da bankın cəmi əməliyyat xərcləri 149 milyon 617 min manatdan 212 milyon 460 min manata yüksəlib. Artım 62 milyon 843 min manat və ya təxminən 42 faiz təşkil edib. Əməliyyat xərclərinin gəlirlərdən daha sürətlə artması bankın mənfəətliliyini məhdudlaşdıran əsas amildir. Bankın əməliyyat xərclərindəki artım əməliyyat gəlirlərindəəki artımdan 8 milyon 646 min manatyüksək olub. Nəticədə "Xalq Bank"ın əməliyyat gəliri 77 milyon 164 min manatdan 68 milyon 518 min manata geriləyib.
Ehtiyatlardan azadolma: müsbət təsir davam edir
2025-ci ildə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan 6 milyon 340 min manat azad edilib. Bu, 2024-cü ildəki 5 milyon 503 min manatla müqayisədə 837 min manat və ya 15,2 faiz çoxdur və bankın maliyyə nəticələrinə müsbət təsir göstərib. Ehtiyatlardan azadolmanın artması kredit portfelinin keyfiyyətinin nisbətən stabil qaldığını və risklərin idarə olunduğunu göstərir.
Aktivlər və kredit portfeli
2025-ci ilin sonuna “Xalq Bank”ın cəmi aktivləri 3 milyard 184 milyon 467 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 115 milyon 622 min manat və ya 3,8 faiz artıb (2024: 3 milyard 68 milyon 845 min manat). Aktivlərin artımı bankın bazardakı mövqeyini qoruduğunu və balansını genişləndirdiyini göstərir.
Ötən il "Xalq Bank" digər banklardakı depozitlərini 80 milyon manat və ya 52,1% artıraraq 233 milyon 448 min manata, qiymətli kağızlara investisiylarını isə 162 milyon 266 min manat və ya 4 dəfəyə yaxın artıraraq 218 milyon 102 min manata çatdırıb.
Eyni zamanda, kredit portfeli cüzi azalaraq 1 milyard 887 milyon 236 min manatdan 1 milyard 847 milyon 435 min manata enib. Azalma 39 milyon 801 min manat və ya 2,1 faiz təşkil edib. Kredit portfelinin azalması bankın daha ehtiyatlı kredit siyasəti apardığını və riskləri balanslaşdırmağa çalışdığını göstərir.
Depozit portfeli: hüquqi şəxslərin payı artıb
2025-ci ilin sonuna "Xalq Bank"ın depozit portfeli 1 milyard 921 milyon 264 min manat olub. Bu, 2024-cü illə müqayisədə 15 milyon 901 min manat və ya 0,8 faiz artım deməkdir.
Depozitlərin strukturunda fərqli dinamika qeydə alınıb:
Fiziki şəxslərin depozitləri 948 milyon 270 min manatdan 834 milyon 924 min manata düşərək 113 milyon 346 min manat və ya 11,9 faiz azalıb.
Hüquqi şəxslərin depozitləri isə 957 milyon 93 min manatdan 1 milyard 86 milyon 340 min manata yüksəlib. Artım 129 milyon 247 min manat və ya 13,5 faiz təşkil edib. Depozitlərin strukturunda hüquqi şəxslərin payının artması bankın korporativ müştərilər üzrə mövqeyinin gücləndiyini göstərir.
Kapital: möhkəmlənmə davam edir
2025-ci ilin sonuna “Xalq Bank”ın məcmu kapitalı 494 milyon 814 min manat olub. Bu göstərici 2024-cü ilin sonundakı 462 milyon 970 min manat ilə müqayisədə 31 milyon 844 min manat və ya 6,9 faiz artıb. Kapitalın artması bankın maliyyə dayanıqlığının və tənzimləyici tələblərə uyğunluğunun gücləndiyini göstərir.
Nəticə etibarilə, 2025-ci ildə “Xalq Bank” gəlirlər, aktivlər və kapital üzrə artım nümayiş etdirsə də, xüsusilə faiz xərclərinin kəskin yüksəlməsi xalis mənfəətin azalmasına səbəb olub. Bununla yanaşı, hüquqi şəxslərin depozitlərinin artması və kapitalın möhkəmlənməsi bankın maliyyə dayanıqlığının qorunduğunu göstərir. Gələcək dövrdə xərclərin optimallaşdırılması bankın əsas prioritetlərindən biri olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
24 d. əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 51 d. əvvəl
-
1 saat əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
-
1 saat əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi



















