AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Azərbaycanda mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan AccessBank Almaniyanın kooperativ bankı BANK IM BISTUM ESSEN eG-dən 7 milyon ABŞ dolları məbləğində kredit xətti cəlb edib.
Marja xəbər verir ki, 3 il müddətinə strukturlaşdırılmış bu maliyyələşdirmə mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlib və ölkədə biznesin inkişafına, eləcə də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
AccessBank-ın yaydığı press-relizdə bildirilir ki, bu əməliyyat beynəlxalq maliyyə institutlarının AccessBank-a olan yüksək etimadını bir daha təsdiqləyir və Bankın Azərbaycanda dayanıqlı sahibkarlığın, real sektorun inkişafının və maliyyə inklüzivliyinin təşviqinə dair strateji öhdəliyini əks etdirir.
"AccessBank beynəlxalq maliyyələşdirmə mənbələrini şaxələndirməyə və genişləndirməyə davam edərək ölkə üzrə sahibkarların dəstəklənməsi imkanlarını gücləndirir, Azərbaycanın iqtisadi inkişafına və məşğulluğun artımına real töhfə verir".
BANK IM BISTUM ESSEN eG sosial, qeyri-kommersiya və dayanıqlılıq yönümlü təşkilatlara xidmət göstərən Alman kooperativ bankıdır. Bank FAIR BANKING prinsipinə sadiqdir və müştərilərə ədalətli məsləhətlərin verilməsini, etimada əsaslanan münasibətlərin qurulmasını öhdəsinə götürür. Bankın 5 200 üzvü arasında xəstəxanalar, fondlar, mənzil-tikinti assosiasiyaları və qeyri-kommersiya təşkilatları kimi qurumlarla yanaşı, vəsaitlərinin dəyərlərinə uyğun şəkildə idarə olunmasını istəyən fərdi müştərilər də yer alır.
BIB-in fəaliyyətində əsas istiqamətlərdən biri inkişaf maliyyələşdirməsidir: Bank 2007-ci ildən etibarən mikromaliyyələşdirmə və maliyyə inklüzivliyi sahəsində aktiv fəaliyyət göstərir. Bank iki mikromaliyyə fondu vasitəsilə indiyədək 40-dan çox ölkədə mikromaliyyə institutlarına ümumilikdə təxminən 1,2 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti təqdim etmiş və bununla da çoxsaylı insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına uzunmüddətli töhfə vermişdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























