Trampdan Davosda mühüm açıqlamalar
ABŞ Prezidenti Donald Tramp qlobal ictimaiyyət tərəfindən maraqla gözlənilən Davos çıxışı üçün kameralar qarşısına keçib.
Onun çıxışında önə çıxan başlıqlar:
ABŞ-də dünyanın indiyədək görmədiyi bir iqtisadiyyat görəcəksiniz. Xalq məndən çox razıdır.
Avropanı sevirəm, amma Avropa yaxşı istiqamətə getmir. Bizim etdiklərimizi izləsəniz, siz də uğur qazana bilərsiniz.
ABŞ iqtisadiyyatı, BVF-nin (IMF) proqnozlaşdırdığı artım tempindən iki dəfə sürətlə inkişaf edir.
Avropanın bəzi yerləri artıq tanınmaz haldadır.
Dövlət sektorunda 100 milyard dollarlıq ixtisara getdik, bu da iqtisadiyyata müsbət təsir göstərdi. Tənzimləmələrdə də ixtisar edilməməsi barədə göstəriş verdim.
Tariflər sayəsində inanılmaz dərəcədə artmış ticarət kəsirimizi azaltdıq. Aylıq ticarət kəsirini 77 faiz aşağı saldıq. Tarixi ticarət razılaşmaları imzaladıq. Bu da səhm bazarlarında partlayış yaratdı. ABŞ yüksələndə siz də bizi izləyirsiniz.
ABŞ-də təbii qaz istehsalı bütün zamanların ən yüksək səviyyəsindədir. ABŞ-in gündəlik neft hasilatı 730 min barel artıb.
Venesuelaya da yardım edirik. Uzunmüddətli perspektivdə ora gözəl bir ölkə olacaq.
ABŞ-də benzin qiymətləri tezliklə bir qallon üçün 2 dollardan açağı düşəcək.
ABŞ nüvə enerjisinə böyük önəm verir.
Süni intellektdə dünyaya istiqamət veririk. Artıq nüvə enerjisindən münasib qiymətlərlə və təhlükəsiz şəkildə istifadə etmək mümkündür.
Almaniyanın enerji problemləri hazırkı kanslerin günahı deyil. Baş nazir Merz yaxşı iş görür.
Avropanın, İngiltərənin çox yaxşı vəziyyətdə olmasını istəyirəm, onlar çox zəngin ehtiyatların üzərində oturublar.
ABŞ-dən başqa heç bir ölkə Qrenlandiyaya sahib olmamalıdır.
Qrenlandiya çox böyük risklərlə üz-üzədir.
Qrenlandiya çox strateji bir ərazidə müdafiəsiz vəziyyətdə qalıb.
Qrenlandiyaya nadir elementlər üçün deyil, təhlükəsizliyimiz üçün ehtiyacımız var.
Danimarkaya və Qrenlandiyaya hörmət edirəm; onun Avropa və bizim üçün təhlükəsiz olması vacibdir.
Hazırda dünyanın ən güclü sərhəd xəttinə sahibik, 8 müxtəlif müharibəni bitirmişəm.
Qrenlandiyanı almaq üçün güc tətbiq etməyəcəyik.
“Qızıl qübbə” Kanadanı qoruya bilər; minnətdar deyillər, amma olmalıdırlar.
Putin və Zelenski ilə danışıram, onlar sülh istəyirlər, bu müharibə bitməlidir.
ABŞ-ə hücum olarsa, NATO-nun bizim üçün orada olub-olmayacağından əmin deyiləm; bizi dəstəkləmirlər.
Müdafiə şirkətlərinin səhm geri alımalarına artıq icazə verilmir.
Biz yalnız öz təhlükəsizliyimiz üçün "bir parça buz" istəyirik.
Sərhədlərimiz və iqtisadiyyatımız çox güclüdür; milli təhlükəsizlik iqtisadi rifahla mümkün ola bilər.
İpoteka faizləri, avtomobil kreditləri və market qiymətləri aşağı düşüb — inanılmaz iş görmüşük.
Kredit kartı xərcləri çox yüksəlib, indiyə qədər görmədiyimiz səviyyələrdədir.
Amerika arzusunun əsas sütunlarını geri qaytarıram.
Tariflər olmasaydı, dərman qiymətlərinin aşağı düşməsinə nail ola bilməzdik.
Yaxın zamanda FED sədrini açıqlayacağam.
Çox tezliklə FED sədrini elan edəcəyəm. O, çox hörmətli bir şəxsdir. Kim olursa-olsun, düşünürəm ki, yaxşı bir proses olacaq. Hazırkı FED sədrimiz dəhşətli biridir, amma biz çox yaxşı birini gətirəcəyik və ümid edirik ki, yaxşı iş görəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























