Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib2025-ci ilin yekunlarına əsasən Bank Respublika əsas maliyyə göstəriciləri üzrə rekord nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.
Bank Respublikanın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə Bank ötən illə müqayisədə əsas maliyyə istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri bazarındakı mövqelərini daha da möhkəmləndirib:
2025-ci il üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər 25,2% artaraq 2,73 mlrd manat təşkil edib;
- Məcmu kapital 20% artaraq 266,67 mln manat olub;
- Kredit portfeli 12,4% artaraq 1,65 mlrd manat təşkil edib;
-Xalis faiz gəlirləri 19,4% artaraq 169,73 mln manat olub;
-Xalis əməliyyat mənfəəti 20,3% artaraq 82,29 mln manat səviyyəsinə çatıb;
-Xalis mənfəət 19,8% artaraq 60,6 mln manat təşkil edib.
-Depozit portfeli 1,36 mlrd manata çatmışdır, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə dayanıqlılığı göstəriciləri:
-Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,14% (norma — 6,5%);
-Ümumi kapitalın adekvatlıq əmsalı — 14,6% (norma — 12,5%);
-Leverec əmsalı — 6,71% (norma — 5%).
-Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,90% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
2025-ci ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB)) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
“2025-ci il Bank Respublika üçün ardıcıl inkişaf, strateji qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış əlverişli şərait, eləcə də bankın peşəkar komandası və müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün olub. Gələcəkdə Bank Respublika innovativ həllərin tətbiqi və müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider mövqelərini daha da möhkəmləndirəcək”, — deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 14 d. əvvəl
- 25 d. əvvəl
-
- 28 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb























