Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
Google, 3 milyard istifadəçisi olan Gmail üçün Gemini süni intellekt infrastrukturu əsasında yeni xüsusiyyətləri istifadəyə verdiyini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət, artan e-poçt trafikini və məlumat sıxlığını nəzərə alaraq Gmail-i yalnız bir kommunikasiya vasitəsi olmadan çıxarıb, onu şəxsi və proaktiv rəqəmsal asistenta çevirməyi hədəfləyir.
AI Overviews ilə e-poçtlara birbaşa cavab
Google, Gmail-ə AI Overviews (Süni İntellekt Xülasələri) funksiyasını əlavə edib. Bu funksiya ilə uzun e-poçt zəncirləri avtomatik olaraq xülasə olunur və istifadəçilər gələn qutularına təbii dil ilə sual verə bilirlər.
Məsələn, keçmiş yazışmalardan məlumat axtaran istifadəçi, açar sözlə axtarış etmək əvəzinə birbaşa sual verərək xülasələnmiş və dəqiq cavablar əldə edə bilər.
AI Overview söhbət xülasələri bu gündən etibarən bütün istifadəçilərə pulsuz təqdim olunur.
Gələn qutusuna sual vermə xüsusiyyəti isə Google AI Pro və Ultra abunəçiləri üçün aktivdir.
E-poçt yazımı daha sürətli və asan
Help Me Write xüsusiyyəti artıq bütün istifadəçilər üçün pulsuzdur və e-poçtları sıfırdan yazmaq və ya mövcud mətni yaxşılaşdırmaq imkanı verir.
Suggested Replies (Tövsiyə olunan Cavablar), yazışmanın kontekstini analiz edərək istifadəçinin dilinə və üslubuna uyğun, tək kliklə göndərilə bilən cavablar yaradır.
Proofread (Düzəliş) funksiyası isə inkişaf etmiş dil bilgisi, ton və stil yoxlaması təqdim edir və yalnız Google AI Pro və Ultra abunəçiləri üçün əlçatandır.
AI Inbox ilə önəmli e-poçtlar önə çıxır
Google, gələn qutusunda məlumat sıxlığını azaltmaq üçün AI Inbox funksiyasını təqdim edib. AI Inbox, vacib e-poçtları önə çıxararaq istifadəçiyə şəxsi xülasə ekranı təqdim edir.
Sistem, tez-tez ünsiyyət qurulan şəxslər, kontakt siyahısındakı şəxslər və mesaj məzmunlarından çıxarılan əlaqələr kimi siqnalları istifadə edərək prioritetləşdirir.
Fatura ödənişləri, görüşlər və təcili bildirişlər avtomatik olaraq yuxarı sıralara yerləşdirilir.
Google bütün analizlərin istifadəçi gizliliyi və məlumat təhlükəsizliyi çərçivəsində həyata keçirildiyini vurğulayır.
AI Inbox ilkin mərhələdə məhdud sayda test istifadəçilərinə açılacaq və sonrakı aylarda daha geniş kütləyə təqdim olunacaq.
ABŞ-da istifadəyə verildi, yayım davam edəcək
Yeni Gmail xüsusiyyətləri Gemini 3 infrastrukturu ilə həyata keçirilib. Yeniliklər bugündən etibarən ABŞ-da və ingilis dilində istifadəyə verilib. Google, gələcək aylarda daha çox dil və region üçün istifadənin genişləndiriləcəyini açıqlayıb.
Bu addım, Gmail-i yalnız bir kommunikasiya vasitəsi olmaqdan çıxarıb, süni intellekt dəstəyi ilə məlumat və vəzifə idarəetmə platformasına çevirmə strategiyasının vacib bir hissəsi kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
-
10 d. əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
- 31 d. əvvəl
-
53 d. əvvəl
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Qızıl və gümüş kəskin ucuzlaşıb
Ən çox oxunanlar
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda




















