Bank “BTB”-də “Öncə faiz!” əmanət kampaniyası DAVAM EDİR!
(®) Bank “BTB” ASC sərfəli şərtlərlə təklif etdiyi “Öncə faiz!” adlı yeni əmanət kampaniyasını davam edir. Kampaniyanın əsas üstünlüyü – müştərilərin Banka yerləşdirdikləri əmanətlərinə görə faiz gəlirlərini dərhal əldə etməsidir.
Kampaniya çərçivəsində müştərilər manatla olan vəsaitlərini 6 aydan 24 ayadək müddətə yerləşdirərək müddətə uyğun olaraq aşağıdakı kimi müəyyən edilmişdir faiz dərəcələrini əldə edəcəklər:
Əmanəti 6-12 ayadək yerləşdirdikdə, faiz gəlirlərini 11%;
13-18 ayadək yerləşdirdikdə, faiz gəlirlərini 10,5%;
19-24 ayadək yerləşdirdikdə, faiz gəlirlərini 9 %-la dərhal əldə etmək şansı var.
Əmanət yerləşdirilən tarixdə müddətə uyğun olaraq hesablanmış faiz məbləği əvvəlcədən ödənilir ki, bu da hər kəsə gəlirdən dərhal istifadə etmək imkanı yaradır. Kampaniya 31 yanvar 2026-cı il tarixinədək qüvvədədir.
Qeyd edək ki, Bank “BTB” ASC-ə yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq - 100.000 AZN məbləğində olan əmanətlər sığortalanır, bu da əmanətçinin vəsaitinin təhlükəsizliyinə zəmanət verir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli, 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hal-hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsi ilə həm korporativ, həm də pərakəndə bankçılıq sahəsində müştərilərə geniş çeşidli məhsul və xidmətlər təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 440 09 46 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 22 saat sonra
- 8 d. əvvəl
-
-
32 d. əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
- 44 d. əvvəl
-
52 d. əvvəl
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
-
1 saat əvvəl
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
-
2 saat əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
Ən çox oxunanlar
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Aprelin 4-də gözlənilən hava şəraiti
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb



















