Xalq Bank 21 illiyini qeyd edir
Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Xalq Bank 21 illiyini qeyd edir. 2004-cü ildə fəaliyyətə başlayan Xalq Bank ötən illər ərzində dayanıqlı inkişaf yolu keçərək müştərilərinin etimadını qazanmış, ölkənin bank sektorunda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
Yarandığı gündən başlayaraq Xalq Bank fəaliyyətində müştəriyönümlülük, etibarlılıq və davamlı inkişaf prinsiplərini əsas tutmuşdur. Bu gün ölkə üzrə Xalq Bank geniş filial şəbəkəsi, çeşidli məhsul və xidmətlər, eləcə də çevik bank həlləri ilə müştərilərinə rahat, təhlükəsiz və əlçatan maliyyə xidmətləri təqdim edir. Xalq Bankın uğurlarının əsasında peşəkar komanda, güclü korporativ mədəniyyət və müştərilərin Banka göstərdiyi davamlı etimad dayanır.
Ötən 21 il ərzində Xalq Bank müxtəlif korporativ sosial məsuliyyət istiqamətli layihələr həyata keçirmiş, “Xalq Əmanəti” sosial-mədəni layihəsi çərçivəsində 26 kitab nəşr etdirməklə milli mədəni irsin qorunub gələcək nəsillərə çatdırılması və milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində mühüm işlər görmüşdür.
Xalq Bank səhmdar, müştəri, biznes tərəfdaş və əməkdaşlarına göstərdikləri etimada görə dərin minnətdarlığını bildirir, 2026-cı ildə birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını təbrik edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
27 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 29 d. əvvəl
-
-
34 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
39 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























