970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin noyabr ayınadək olan dövrdə Avropa İttifaqında yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. Ümumi artım məhdud qalsa da, avtomobil bazarında əsas diqqət çəkən proses elektrikli avtomobillərə olan tələbin güclü artmasıdır.

Tam elektrikli avtomobillərin payı 16,9 faizə çatıb.

Reklam_3_11

Marja xəbər verir ki, akkumulyatorla işləyən tam elektrikli avtomobillərin ümumi bazar payı ilin 11 ayında 16,9% səviyyəsinə yüksəlib. Bu göstərici ilin əvvəlindəki proqnozlarla uyğun olsa da, Aİ-nin yaşıl transformasiya və karbon neytrallığı hədəfləri çərçivəsində daha da artmasının vacibliyinə diqqət çəkilir.

Yanvar–noyabr dövründə ümumilikdə 1 milyon 662 min 399 yeni tam elektrikli avtomobil qeydiyyata alınıb. Almaniya, Belçika, Niderland və Fransa bu rəqəmin 62%-ni təşkil edib. Sözügedən ölkələrdə elektrikli avtomobil satışlarında ikirəqəmli artım qeydə alınıb.

Hibridlərdə güclü artım, plug-in hibridlər də sürətlənib

Hibrid-elektri avtomobillər 3 milyon 408 min 907 ədəd satışla 34,6 % bazar payına çatıb. İspaniya, Fransa, Almaniya və İtaliya hibrid seqmentində ən güclü artımın müşahidə olunduğu ölkələr kimi önə çıxıb.

Plug-in hibrid avtomobillər isə 912 min 723 ədəd satışla 9,3% bazar payına yüksəlib. Bu seqmentdə İspaniya 113%, İtaliya 80,6%, Almaniya isə 62,7% artım göstəriciləri ilə diqqət çəkib. Noyabr ayında illik müqayisədə tam elektrikli avtomobillərdə  44,1%, hibridlərdə 4,2%, plug-in hibridlərdə isə 38,4% artım qeydə alınıb.

Benzinli və dizel avtomobillər geriləyir

Elektrikli və hibrid modellərdəki yüksəliş ənənəvi yanacaqla işləyən avtomobillərin bazar payında kəskin azalmaya səbəb olub. Benzinlə hərəkət edən avtomobillərin qeydiyyatı 18,6% azalaraq 2 milyon 665 min 739 ədədə düşüb. Bu seqmentin ümumi bazar payı 27%-ə enib. Fransada 32,1%, Almaniyada 22,4%, İtaliyada 17,4%, İspaniyada isə 14,6% azalma qeydə alınıb.

Dizel avtomobillər də oxşar mənzərə nümayiş etdirib. Qeydiyyatlar 24,4% azalarkən, dizelin bazar payı 9% səviyyəsinə geriləyib. Noyabr ayında illik müqayisədə benzinli avtomobillərdə 21,9%, dizel avtomobillərdə isə 23,2% azalma müşahidə olunub.

Tesla-nln satışları 34 faiz azalıb

Açıqlanan məlumatlara görə, Tesla-nın Aİ ölkələrindəki satışları 34% azalıb. Həmçinin cari ilin 11 ayında Avropa ittifaqında Toyota-nın və Nissanın satışları 8,8% düşüb.

24.12.2025 10:48

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18