Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
AFB Bank müştəri xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə filial şəbəkəsini genişləndirir. Bankın 12-ci satış nöqtəsi olan “Neftçilər” filialı bugündən rəsmi olaraq fəaliyyətə başlayıb.
Marja xəbər verir ki, yeni filialın açılış mərasimində AFB Bank-ın Müşahidə Şurasının sədri Vüsal Şahverdiyev, İdarə Heyətinin sədri Amid Qənbərov, İdarə Heyətinin üzvləri, filial direktoru, eləcə də Bankın biznes və digər departamentlərinin direktorları iştirak ediblər.
“Neftçilər” filialı müştərilərə AFB Bank-ın bütün əsas bank məhsul və xidmətlərini təqdim edəcək. Filialda istehlak kreditləri, biznes və KOB kreditləri, əmanətlər, hesablaşma, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətlərindən yararlanmaq mümkündür.
AFB Bank müştəriyönümlü yanaşmanı əsas prinsip kimi qəbul edərək, paytaxt və regionlar üzrə bank xidmətlərinin daha çevik, rahat və əlçatan formada təqdim olunmasını prioritet hesab edir.
AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərov yeni filialın açılışı ilə bağlı bildirib:
“‘Neftçilər’ filialının açılışı AFB Bank-ın inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məqsədimiz müştərilərimizə daha yaxın olmaq, onların ehtiyaclarına operativ və keyfiyyətli bank həlləri təqdim etməkdir. Filial şəbəkəmizin genişləndirilməsi bank xidmətlərinin əlçatanlığını artırmaqla yanaşı, müştəri məmnuniyyətinin yüksəldilməsinə də xidmət edir.”
Qeyd edək ki, AFB Bank filial şəbəkəsinin genişləndirilməsi və xidmət modelinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməyi planlaşdırır. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.
Neftçilər filialının ünvanı: Bakı şəhəri, Nizami rayonu, Musa Əliyev küçəsi, giriş 83. Əlaqə nömrəsi: 1545
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























