Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay, Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə, Şəki–Gəncə, Yevlax–Zaqatala, Saatlı– Masallı, Gəncə–Qazax, Qazax–Gəncə, Qax–Şəki və Şabran–Siyəzən şəhərlərarası, Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı rayondaxili, Qarasuçu kəndi (Goranboy) – Gəncə avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı, Xuluf kəndi (Şəmkir) – Gəncə avtovağzalı, Bağçakürd kəndi (Goranboy) – Gəncə avtovağzalı və Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 7A, 7B, 88A, 125, 130, 140A, 149, 163, 205, 211, 508, 509, 511, 553, 554, 569, M8 və E1 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 12 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Tərtər–Kəlbəcər, Bakı–Göyçay, Bakı–İsmayıllı, Bakı–Kürdəmir, Bakı–Qəbələ, Mingəçevir–İsmayıllı, Göyçay–Gəncə, Şəki–Gəncə istiqamətlərində 9 lot üzrə dekabrın 23-də;
Yevlax–Zaqatala, Saatlı–Masallı, Gəncə–Qazax, Qazax–Gəncə istiqamətlərində 10 lot üzrə dekabrın 26-da;
paytaxtın 509 (Sumqayıt avtovağzalı – Lökbatan qəsəbəsi), 511 (Aşağı Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 553 (Güzdək qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 554 (Güzdək qəsəbəsi – Lökbatan qəsəbəsi), 569 (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Gəncə prospekti), 7B ("Koroğlu" NMM – Yasamal yaşayış kompleksi (MİDA)), 88A ( “Azadlıq prospekti” m/st – Bakı Ağ Şəhər), 125 ("28 May" m/st – Lökbatan qəsəbəsi) nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 5-də;
paytaxtın 130 ("20 Yanvar" m/st – Lökbatan qəsəbəsi), 140A (Lökbatan qəsəbəsi – Xırdalan d/st), 149 ("Sahil" m/st – Sahil qəsəbəsi), 163 ("Koroğlu" NMM – Ramana Yeni yaşayış kompleksi), 205 ("Nəsimi" m/st – “Abşeron” ticarət mərkəzi), 211 (11 nömrəli məktəb – “Abşeron” ticarət mərkəzi), M8 ("Gənclik" m/st – Maştağa qəsəbəsi), 508 nömrəli şəhərətrafı (“20 Yanvar” m/st – Saray qəsəbəsi) və E1 nömrəli ekspres (“Xalqlar dostluğu” m/st – “Abşeron” ticarət mərkəzi) nömrəli avtobus marşrutları üzrə 9 lotda yanvarın 7-də;
Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı, Qarasuçu kəndi (Goranboy) – Gəncə avtovağzalı, Səmədabad kəndi (Goranboy) – Gəncə avtovağzalı, Xuluf kəndi (Şəmkir) – Gəncə avtovağzalı, Bağçakürd kəndi (Goranboy) – Gəncə avtovağzalı, Füzuli kəndi (Samux) – Gəncə Dəmiryol vağzalı, Qax–Şəki və Şabran–Siyəzən istiqamətlərində 9 lot üzrə yanvarın 9-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)







.jpg)



