Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub
Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində qonaqlar Abşeron Logistika Mərkəzinin layihəsi olan “Biznes Park Abşeron” ilə tanış olublar.
Görüş zamanı tərəflər Azərbaycan-Çin arasında iqtisadi əməkdaşlığının genişləndirilməsi, logistika və ticarət sahəsində mövcud imkanlar, eləcə də qarşılıqlı investisiya perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qonaqlara Biznes Parkın infrastruktur potensialı, logistika imkanları və müasir texnoloji həllərlə təchiz olunmuş ərazilər barədə ətraflı məlumat verilib. Layihə sahibkarlar üçün innovativ və funksional biznes mühitinin formalaşdırılmasını, həmçinin yerli və beynəlxalq investorların cəlb edilməsi üçün strateji imkanların yaradılmasını nəzərdə tutur.
Görüş çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə iki tərəf arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, həmçinin uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur.
Sənədin imzalanmasından sonra nümayəndə heyəti layihənin infrastruktur imkanları ilə əyani şəkildə tanış olublar.
Sian şəhərinin meri Ye Niu Pin “Biznes Park Abşeron” layihəsinin strateji əhəmiyyətini, sahibkarlar üçün yaradılan innovativ biznes mühitini və regionda Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinə töhfə verən imkanları yüksək qiymətləndirib.
Qeyd edək ki, “Biznes Park Abşeron” layihəsi Abşeron Logistika Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir və müasir biznes mühiti, anbar kompleksləri, logistika xidmətləri, eləcə də innovativ texnoloji həllərlə regionun investisiya cəlbediciliyinin artırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























