“Xəyal Adası” mənfəəti xəyal edir
Qolf villaları və rezidensiya kompleksini idarə edən “Xəyal Adası” MMC (Dreamland) 2024-cü ili 1 milyon 291 min manat zərər ilə başa vurub. Şirkət 2023-cü ili 6 milyon 562 min manat zərər ilə bağlamışdı. Göründüyü kimi, ötən il zərər 5,1 dəfə azalsa da, hələ də “Xəyal Adası” şirkəti mənfəətin xəyalını qurur.
Marja.az xəbər verir ki, 2023-cü ili 4 milyon 519 min manat xalis zərər ilə bağlamış Şirkət, 2024-cü ili 647 min manat xalis mənfəət ilə yekunlaşdırsa da, yenidənqiymətləndirmə zərəri xalis mənfəəti tamamilə silib.
“Xəyal Adası” şirkətinin əsas əməliyyat gəliri 2023-cü ildə 36 milyon 491 min manat ikən, 2024-cü ildə 68 milyon 270 min manata yüksəlib (31 milyon 779 min manat və ya 87% artıb).
Ötən il “Xəyal Adası” MMC-də işlərin maya dəyəri, ümumi, administrativ və amortizasiya xərcləri artdığından, gəlirlərdəki artımın böyük hissəsi silinib.
31 dekabr 2024-cü il tarixində “Xəyal Adası” MMC 326 milyon 867 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 317 milyon 886 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonunda Şirkətin 10 milyon manata yaxın yığılmış zərəri olub.
Qeyd edək ki “Xəyal Adası” MMC 31 iyul 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin 30%-i və ya nizamnamə kapitalının 30 milyon manatı “Klovan” MMC-yə, 70%-i və ya nizamnamə kapitalının 70 milyon manatı “Global Agro İndustry FZCO” şirkətinə məxsusdur.
“Xəyal Adası” MMC-nin nizamnamə kapitalı 100 milyon manat təşkil edir. Cəmiyyətin nizamnamə kapitalı 2019-cu ilin Fevral ayında 10 milyon manatdan 100 milyon manata yüksəldilib.
Cəmiyətin aşağıdakı törəmə müəssisəsi vardır:
1. “SUBİS SUN Beynəlxalq Məktəbi” MMC- Nizamnamə kapitalı 500 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir.
2. “SUBİS SUN Beynəlxalq Uşaq bağçası” MMC-Nizamnamə kapitalı 100 000 AZN, 100%-pay sahibliyi ilə nəzarət edir
3. "19 Catering" MMC-in Nizamnamə kapitalı 50 000 AZN, 100% pay sahibliyi ilə nəzarət edir
“XƏYAL ADASI” MMC-in hüquqi ünvanı və faktiki ünvanı AZ1045, Bakı şəhəri Suraxanı rayonu, Hava Limanı-Zığ Şossesi, ev 20, 12-ci km-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























