ADA Universiteti və Bank of Baku “Mini-MBA” proqramı uğurla yekunlaşdı
(®) ADA Universiteti ilə Bank of Baku-nun əməkdaşlıq memorandumu çərçivəsində universitetin İxtisasartırma proqramı tərəfindən təşkil edilən “Mini-MBA” Proqramı uğurla başa çatıb. Bu münasibətlə ADA Universitetində oktyabrın 27-də Bank of Baku və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları ilə birgə Məzun Günü keçirilib.
ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış “Mini-MBA” proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir. Dərslər ADA Universitetinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılıb. On moduldan ibarət birillik proqram liderliyin əsasları, strategiya hazırlanması, maliyyə menecmenti, layihə idarəetməsi, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası, komanda idarəçiliyi və s. kimi mövzuları əhatə edib.
Bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram çərçivəsində Bank of Baku-nun rəhbər vəzifədə çalışan 30 əməkdaşı tədris alıb.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov proqramın nəzəri və praktiki biliklər arasında balanslı yanaşma ilə hazırlandığını, təlimçilərin həm ADA Universitetinin professor-müəllim heyətini, həm də özəl sektoru təmsil edən təcrübəli peşəkarları əhatə etdiyini qeyd edib. O, iştirakçılar arasında maraqlı müzakirələrin aparıldığını, müəllim kimi peşəkar auditoriya qarşısında dərs deməkdən məmnunluq duyduğunu və proqramın işgüzar mühit üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında hazırkı dövrdə biznes sahəsində rəqabətlilik yaradan amillərin yalnız maddi və ölçüləbilən resurslarla kifayətlənmədiyini, insan resurslarının keyfiyyətinin yüksəldilməsinin də biznesə rəqabətədavamlılıq qazandırdığını vurğulayıb. Bu baxımdan proqramda əldə olunan bilgilərin real iş mühitində verəcəyi müsbət nəticə və faydalara inamını ifadə edən Həsən Quliyev, son olaraq ADA Universiteti ilə müxtəlif inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlığın davamlı olacağına dair fikirlərini bildirib.
ADA Universitetinin İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva isə öz çıxışında proqramın effektliyi haqqında ətraflı məlumat verərək, ADA Universiteti ilə Bank of Baku arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Sonda proqramdan məzun olan iştirakçılara ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, onun müşaviri İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfindən sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku-da hazırda 1000-dən çox əməkdaş çalışır. Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)


