Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Prezidentin digər Sərəncamı ilə, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Qeyd edək ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Rza oğlu Abbasov idi.
Prezidentin Sərəncamı ilə, general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
XXX
Səfərov Sərdar Süleyman oğlu 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət edib və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət edib.
2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.
2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.
Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə görə", Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























