"Bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır" - İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəyinə dair qanunvericiliyə təklif olunan və son günlər geniş müzakirələrə səbəb olan dəyişikliyə münasibət bildirib.
Rəşad Mahmudov deyib ki, son günlər dövlət büdcəsinin 2026-cı il layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalması cəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub.
Deputat bildirib ki, bu, təbii haldır, çünki mövzu insan sağlamlığı ilə birbaşa bağlıdır:
“Birincisi, bu azalma səhiyyəyə ayrılan ümumi vəsaitin azalması demək deyil. Əksinə, 2026-cı il üçün səhiyyə sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni təxminən 3 faizlik artım nəzərdə tutulur. İkincisi, İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyə müstəqilliyinə keçid mərhələsi deməkdir. Bu, planlı bir keçiddir. Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil, işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlar hesabına formalaşan bir sistemə çevrilməkdədir. Dünyanın heç bir yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına uzunmüddətli davamlı ola bilməz. Bizdə dövlət bu sistemin ilk mərhələsində “tampon gücü” rolunu oynayıb. İndi isə məqsəd, fondun öz daxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsidir. Üçüncüsü, bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə, məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər əlçatanlığını artırmaqdır. Bu gün İcbari Tibbi Sığorta çərçivəsində yüzlərlə xidmət, minlərlə əməliyyat növü dövlət təminat paketinə daxildir. Fondun maliyyə bazası genişləndikcə bu xidmətlərin sayı da artır. Dördüncü vacib məsələ – ictimai müzakirələrdə tez-tez səslənən sual budur ki, işsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necə yararlanacaq. Burada prinsip çox aydındır. Aztəminatlı və işsiz şəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Bu, sosial ədalət prinsipinin əsas tərkib hissəsidir. Eyni zamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər bir işləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial, həm də tibbi təminat hüquqlarını təmin edir. Bu, həm fərdi rifah, həm də milli iqtisadiyyat üçün ədalətli və zəruri bir yanaşmadır. Bu gün İcbari Tibbi Sığorta artıq ölkəmizin səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir. Onun tətbiqi nəticəsində regionlarda xidmətə çıxış, əməliyyat və müalicə imkanlarının genişlənməsi, xəstəxanalarda şəffaflığın artması və xərc yükünün azalması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub. Bəli, bu sistem də canlı bir orqanizmdir. İşlədikcə müəyyən problemlər və çatışmazlıqlar ortaya çıxır. Amma vacib olan odur ki, bu problemlər təkcə qeyd edilmir, həm də ardıcıl şəkildə həll olunur. Ən vacibi isə odur ki, bu islahatların məqsədi heç vaxt vətəndaşın cibinə yönəlməyib, məqsəd vətəndaşın sağlamlığının təminatı olub. Bu gün qarşımızda duran əsas vəzifə bu mexanizmi daha səmərəli, ədalətli və dayanıqlı hala gətirməkdir. Yəni biz artıq keçid mərhələsindən inkişaf mərhələsinə qədəm qoyuruq. Ona görə də, İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalması kimi görünən bu rəqəm, əslində, sistemin öz ayaqları üzərində dayanmağa başladığının göstəricisidir”.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.
Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 12 saat əvvəl
-
-
12 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























