Putin və Əliyevin görüşündə əsas bəyanatlar
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə verdiyi bəyanatlardan əsas məqamlar:
- Putin Əliyevə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə görüşə başlamağı təklif edib;
- Rusiya lideri AZAL təyyarəsinin qəzaya uğramasında həlak olanların ailələrinə başsağlığı verib;
- Putin AZAL təyyarəsinin qəzaya uğramasını, həmçinin səma üzərində ukraynalı pilotsuz uçuş aparatının olması ilə əlaqələndirib;
- Rusiya hava hücumundan müdafiə sistemindən atılan iki raket birbaşa AZAL təyyarəsinə dəyməyib, bir neçə metr məsafədə partlayıb;
- AZAL təyyarəsi hava hücumundan müdafiə raketlərinin zərərverici döyüş elementləri ilə deyil, çox güman ki, qəlpələri ilə zədələnib;
- AZAL təyyarəsinin ekipajına Mahaçqalada enmək təklif olunub, lakin onlar Bakı hava limanına getmək qərarına gəliblər;
- Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək;
- Rusiya kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək;
- Hadisəyə obyektiv qiymət verilməli və AZAL təyyarəsinin qəzaya uğramasının əsl səbəbləri açıqlanmalıdır.
- Rusiya Azərbaycanla münasibətlərin inkişaf dinamikasını qorumaq üçün hər şeyi edəcək. Rusiya Prezidenti ölkələr arasında əməkdaşlığın müttəfiqlik ruhunda davam edəcəyinə ümid etdiyini bildirib.
Putin və Əliyevin Tacikistanda görüşündə əlavə bəyanatlar:
Putin:
- Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr incəliklərə baxmayaraq inkişaf edir;
- Rusiya Azərbaycanla münasibətlərin inkişaf dinamikasının qorunması üçün hər şeyi edəcək;
- Putin ümid edir ki, Rusiya və Azərbaycan əməkdaşlığı müttəfiqlik ruhunda davam edəcək%
- Rusiya və Azərbaycanın maraqları çox vaxt üst-üstə düşür;
Əliyev:
- Rusiya və Azərbaycan münasibətləri bu il uğurla inkişaf edib;
- Prezident bu münasibətlərdə yaxşı dinamikanı qeyd etdi: heç yerdə yavaşlama və ya geri çəkilmə olmayıb;
- Əliyev Putinə və Rusiyanın dost xalqına ən xoş arzularını çatdırdı;
- Əliyev Putinin görüşündə əminlik ifadə etdi ki, prezidentlərin bu gün iki ölkə cəmiyyətlərinə göndərdiyi “mesajlar” müsbət qarşılanacaq;
- Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərini şəxsən Putin tərəfindən nəzarət edilən istintaqın obyektiv şəkildə araşdıracağına şübhə olmadığını bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























