"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı
Ötən il Şirkətin cəmi əməliyyat gəlirləri 3 milyon 522 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 102 min manat təşkil edib. Başqa sözlə, "Bakı Kristal Zalı"nın gəlirləri xərclərini ödəmir."Bakı Kristal Zalı" MMC 2024-cü ili 2 milyon 405 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2023-cü ili 4938 manat xalis mənfəət ilə bağlamışdı. "Bakı Kristal Zalı"nın zərər ilə üzləşməsi gəlirlərinin azalması ilə bərabər xərclərinin də artmasıdır.
Marja.az xəbər verir ki, "Bakı Kristal Zalı" MMC-nin cəmi əməliyyat gəlirləri 2023-cü ildə 3 milyon 522 min manat ikən, 2024-cü ildə 2 milyon 697 min manata düşüb (825 min manat və ya 23% azlıb).
Ötən il "Bakı Kristal Zalı" əsas əməliyyat gəliri 2 dəfəyə yaxın artaraq 617 min manat, digər gəlirləri isə 1 milyon 174 min manat və ya 37% azalaraq 2 milyon 76 min manat təşkil edib.
"Bakı Kristal Zalı" MMC-nin cəmi əməliyyat xərcləri 2023-cü ildə 3 milyon 516 min manat ikən, 2024-cü ildə 5 milyon 102 min manat yüksəlib (1 milyon 586 min manat və ya 45% artıb).
Ötən il Şirkətin 4 milyon 264 min manatlıq inzibati xərclərinin 1 milyon 451 min manatını əməkhaqqı xərcləri, 2 milyon 813 min manatını köhnəlmə və amortizasiya xərcləri təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
19 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























