Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi  - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair müqavilə imzalayıb. 

Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusun Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikasının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb.

Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər.

Gəncə avtomobil zavodu İB-nın mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev, BELAVTOMAZ holdinqinin idarəedici şirkəti olan MAZ ASC-nin baş direktoru Valeri İvankoviç və POZHSNAB MMC-nin direktoru Oleq Deryabin imzalayıblar.

Razılaşmaya əsasən texnikaların komplektləşdiriciləri ölkəmizə gətirilərək, Gəncədə yığılacaqdır.

"Bu sənəd Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 2024-cü ilə qədər uğurla həyata keçirilən avadanlıqların təchizatı layihəsinin davamıdır", - məlumatda bildirilir.

İş elanları AzVak.az-da

GəncəAvtomobilZavodu MAZTexnikası KommunalTexnika YanğınsöndürməTexnikası AzərbaycanBelarusƏməkdaşlığı MinskAvtomobilZavodu POZHSNABMMC ƏliƏsədov AleksandrTurçin AvtomobilSənayesi TexnikaTədarükü AzərbaycanFHN GəncədəYığım SənayeƏməkdaşlığı
01.10.2025 16:53
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

SON XƏBƏRLƏR