Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq
Bakı Gəmiqayırma Zavodu adından çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. 2028-ci ilə qədər inşasının tamamlanması gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.16 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Şuşada Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Mərasimdə, həmçinin “Bakı Gəmiqayırma Zavodu” MMC adından çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. Marja.az AZCON-a istinadən xəbər verir ki, 2028-ci ilə qədər inşasının tamamlanması gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.
Yeni inşa olunacaq gəmilər Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə, gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
Qeyd edilib ki, Dünyanın aparıcı liman, logistika və gəmiçilik şirkətlərindən biri kimi tanınan “AD Ports Group” bu tərəfdaşlığa öz qlobal biliyini, qabaqcıl texnologiyaları və mürəkkəb ticarət dəhlizlərinin idarə olunmasında qazandığı təcrübəsini gətirir. “AD Ports Group” şirkətinin Xəzər regionundakı əməliyyatlara qoşulması Orta Dəhlizə olan etimadın bariz nümunəsidir. Bu tarixi müqavilə beynəlxalq şirkət tərəfindən Bakı Gəmiqayırma Zavoduna yük gəmilərinin inşası üçün edilən ilk sifarişi təcəssüm edir.
"Birbaşa əhəmiyyətindən əlavə, “AD Ports Group” ilə daha geniş əməkdaşlığın təməlini qoyan bu müqavilə dəniz nəqliyyatı və logistika sahəsində gələcək birgə layihələr və iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yol açmış olur",- AZCON-dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 14 d. əvvəl
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb

























